Qadin.NET / Gözlərin qal deyir

Gözlərin qal deyir

Gözlərin qal deyir

Yağış
Bir dəli rüzgar əsir, 
Çisil-çisil yağır yağış. 
Torpaq qucaqlayır sahibsiz damlaları.
Çəkir bağrına, içinə sindirircəsinə. 
Bir ağrı var iliklərimə işləyən, 
Bıçaq yarası kimi, dərin və ağrılı. 
Sənsizliyi xatırladır küləyin boğuq səsi 
Yağış deyil, 
Damla-damla qan axır ürəyimdən.
Gözlərin qal deyir
Gözlərin qal deyir
Bu necə ayrılıq, bu necə vida 
Gözlərin qal deyir, dodaqların get. 
Baxışın açar, gözlərin kilid, 
Əllərin aç deyir, dodaqların get. 
Ayrılıq dönüşü olmayan çay, 
Yalnızlıq, yıxılmış bomboş bir şəhər. 
Neçə sevda kül oldu belə kim bilir. 
Gözyaşın qal deyir, dodaqların get. 
Getsəm, bir daha dönməyəcəyəm, 
Qalsam, ürəyimə yeniləcəyəm, 
Başa düşə bilmirəm səni, dəlirəcəyəm. 
Gözlərin qal deyir, dodaqların, get. 
Divardan düşsünmü şəkillərim də?
Xarici olsunmu adlarımız?
Ya o dəli dolu gecələrimiz 
Anılar qal deyir, dodaqların get. 
Bu roman da bitər bəlkə bir azdan, 
Nə eşqlər yıxıldı qürurdan, nazdan, 
Ağlayır bəstələr yenə Hicazda, 
Mahnılar qal deyir, dodaqlar get.
Gözlərin qal deyir
Vazkeçdim 
Vazkeçdim səni səndən eşitməkdən, 
Bir də özümdən vazkeçəbilsəm, 
Bəlkə də, sonunda bezib səni unudacağam, 
Və, o gün, 
Səninlə birlikdə məndə yox olacağam.
Gözlərin qal deyir
Eşqin tərifi
Payız fəsili,
Yüngül yağışlı bir günün axşamı.
Ulduzlar parlaq,
Meydan oxuyurduq sanki 
Keçib gedən zamana. 
Şavaşırdıq sanki 
Həmişə birlikdə ola bilmək adına, 
Sevgimizin, eşqimizin adına, 
Necə anlatılabilirdi ki, başqa. 
Bu eşqin tərifi. 
Necə yaşanardı görəsən, 
Bundan daha görkəmli, daha dəbdəbəli 
Titrəyən iki bədəndə, tək ürək. 
Soyuqdan üşüyən əllərimiz 
Amma isti ürək.
Sıx bir duyğu, 
Məni sənə gətirən. 
Səni mənə bağlayan, eşqimizi yaşadan 
Bizi bir-birimizə bağlayan, 
Eşqin tərifi.
2 sentyabr 2014
GO BACK