Qadin.NET / Mən səni sevirəm bil ki, ürəkdən

Mən səni sevirəm bil ki, ürəkdən

Mən səni sevirəm bil ki, ürəkdən

Bir gün dəniz olsam, dalğalarım ol,

Vur məni sahilə, qayıt geriyə.

Bir gün yağış olsam, damlalarım ol,

Yağ bütün dünyaya, gəl, qayıt mənə...


Qayıt ki, ehtiyac duyuram sənə,

Qayıt ki, səninlə nəfəs alıram.

Özgəyə qayıtma, yalnızca mənə

Yalnızca geriyə, mənə sən qayıt.

 

Mən səni sevirəm bil ki, ürəkdən

 

Səni itirməyim ömür bağımdan,

Çünki bağbanısan ömür bağımın.

Qorxma, gəl yaxın dur yaralarıma,

Axı dərmanısan yaralarımın?!.


Bir sözlə, yağışım, küləyim ol sən,

Bir sözlə, nəfəsim, ürəyim ol sən

Mənə bu həyatı elə yaşat ki,

Qoyma saçlarıma düşsün bircə dən.


Mənim həyatımın qalxanı ol sən,

Qoyma həyatıma gəlsin qəm-kədər.

Və son söz deyirəm, duy bir, eşit sən

Mən səni sevirəm, bil ki, ürəkdən!

Son görüş

Mənim yaralarımı ovut Mələyim,

Gör necə tir-tir, bax, əsir əllərim.

Hardaydın, nə vaxtdı mənim gözlərim,

Dolaşıb hər yanı, səni gəzirdi,

Tapa bilməyəndə, çox vaxt bezirdi.


Susurdu içimin lal hayqırtısı,

Susurdu gözlərimin axtarışları,

Susurdu qəlbimin çağırışları,

Qalırdım tək, tənha boş küçələrdə

Çəkirdim əzab, sənsiz gecələrdə.


Qaçmaq istəyirəm duyğularımdan,

Qaçmaq istəyirəm arzularımdan,

Qaçmaq istəyirəm xəyallarımdan.

Hamısı yalnızca əzabdı mənə,

Bir şey xatırladır hərəsi mənə...


Özümə söz verdim, Mələyim, bu gün,

Çəkmək istəmirəm bir daha zülüm.

Bu üzdən sonuncu görüşdü bu gün,

Əlini çək daha yaralarımdan,

Toxunma, qanasın, məni ağlatsın

Yaramın ağrısı astaca hər gün,

Astaca səni mənə unutdursun!

 

 Əhəd Əhədli

19 iyun 2014
GO BACK