Qadin.NET / Yurda qayıdış

Yurda qayıdış

Yurda qayıdış

Haynrix Haynenin yaradıcılığından nümunələr

Yurda qayıdış 

 Qıyma, evimizə qayıdım yalqız, 

Mənimlə bir gedək ora, gözəl qız. 

Nə var sənə əziz qədim hücrədə, 

Barı soyuq komamızın içrə də 

Gün doğsun, kədəri, ələmi qaçsın, 

Qapını üzünə qoy anam açsın. 

 

“Əl çək, mən nə bilim kimsən, nəçisən, 

De, gəlib çıxmısan bura necə, sən? 

Nəfəsin od saçır, əlin buz kimi, 

Gözlərin işarır nəm, ulduz kimi, 

Hər şeydən əzizdir məndən ötəri 

Günəş şəfəqləri, qızılgül ətri”. 

 

Onda qoy qızılgül ətrini saçsın, 

Günəş də göylərdən çətrini açsın. 

O ağ örpəyi də tulla, sevgilim, 

Lira dilə gəlib səslənsin sim-sim, 

Dilindən süzülsün qoy toy şərqisi, 

Meh də çalğısıyla oxşasın bizi.  

 

Yurda qayıdış

Tək-tənha dolaşdım ağaclıqları 

Tək-tənha dolaşdım ağaclıqları 

 Mənləymiş kədərim-qəmim, sən demə. 

Qeyb olmuş sandığım şirin xəyallar 

İlantək şütüyüb girdi qəlbimə. 

 

Ey səma quşları, bir vaxt dilimdən, 

Yoxsa eşitmişdiz o şərqini siz? 

Susunuz, yadıma salmaqla mənə, 

Ölüm şərbətini içirərsiniz. 

 

“Gəzib-dolaşdıqca hey o mahnını 

Gündə oxuyurdu sevdiyim nigar. 

Qulaq kəsildikcə o xoş mahnıya, 

Qalmışdı o qızdan bizə yadigar.” 

 

Susun, nə bicsiniz, çoxbilmişsiniz, 

Məni qəm-qüssəmdən ayırmaq hədər. 

Könlümdə o doğma qəm-kədər ki var, 

Qalacaq mənimlə ölənə qədər.

 

Yurda qayıdış

Halı pərişan 

Solğun bənizinin cizgilərində, 

Ağrı, iztirabı qəfildən görcək 

 Diksinib heyrətlə qeyri-ixtiyar, 

Kim görsə bu gənci rəhmi gələcək. 

 

Külək də rəhmini əsirgəməyib, 

Qurudar alnında tər qatarını 

Hər hansı bir gözəl fikirləşmədən, 

Ərmağan edərdi əziz canını. 

 

Ayrılıb paytaxtın küylü səsindən, 

Çəkilib meşəyə sakit, dinməz, tək. 

Quşlar nəğməsini oxuyur burda, 

Burda yarpaqları oynadır külək. 

 

Yarpaqlar saxlayıb pıçıltısını, 

Quşlar nəğməsini kəsəcək birdən. 

Meşəyə bir kədər, qəm çökəcəkdir, 

Bu gəncin tükənməz bədbinliyindən.  

Ələkbər Qubatov 
6 iyun 2014
GO BACK