Qadin.NET / Bir ömür də mən yaşadım (1)

Bir ömür də mən yaşadım (1)

Bir ömür də mən yaşadım (1)

Dünyanın
Təbiət geyibmiş gövhər donunu,
Hər otu nemətmiş, barmış dünyanın. 
Deyirlər, bir zaman gözəl qanunu,
Namusmuş, qeyrətmiş, armış dünyanın.
 
Dövran niyə döndü, bilə bilmədim,
Ağladım, göz yaşım silə bilmədim.
Ğlmək istəsəm də, ölə bilmədim,
Amansız qanunu varmış dünyanın.
 
Bu həyat çevrilib oldu oyuncaq,
Qılıncdan kəsərli olubdur bıçaq.
Özünə şah dedi hər gəda, alçaq,
Alıcı tərlanı sarmış dünyanın.
 
Almada, heyvada tapılmır nübar,
Söyüd ağacıdı indi verən bar.
Sən demə, arxasız insana, dostlar,
Hər yeri boranmış, qarmış dünyanın.
 
Zülfüqar, kimlərə çaxmaq olmusan?
Kəsər qılınc ikən toxmaq olmusan.
Düzgünlü axtarıb, axmaq olmusan,
Getdiyin cığırı darmış dünyanın.
   1988-ci il.
 
Bir ömür də mən yaşadım (1)
Amandı
Həkim, qoy bircə an qəlbim toxtasın,
Davaya-dərmana qaçma, amandı.
Ulaq palanına, dəvə noxdasın,
Bağlayıb, karvandan seçmə, amandı.
 
Ar-namus olarmı, vicdansız kəsdə?
Təbibi, loğmanı, eyləyər xəstə.
Dağ vurub, yaralı sinəmin üsdə,
Qövr edən yaramı açma, amandı.
 
Çeşmədən içməzlər, duru olmasa,
Bağa bağ deməzlər barı olmasa.
Kimin ki, rəhmətlik goru olmasa,
Kəfənlik şal-ipək biçmə, amandı.
 
Əsli olmayanın nəsli də olmaz,
Məcazı danışar, ürəkdən gülməz.
Yaxşılıq etsən də, qədrini bilməz,
Nadan içən sudan içmə, amandı.
 
Axtar mənasını müdrik sözlərin,
Ovçusu il ləpirlərin, izlərin.
Ay Zülfüqar, nələr gördü gözlərin,
Namərd bərəsindən keçmə, amandı.
 Bir ömür də mən yaşadım (1)
Bilə-bilə 
Qəza gəldi, duman kəsdi yolumu,
Bürüdü hər yanı çən, bilə-bilə.
Ömür getdi, bağladı əl-qolumu,
Açammadım onu mən, bilə-bilə.
 
Qənim oldu həyat adlı əjdaha,
Nə verdimsə, alammadım bir daha.
Hər gün ümüd etdim gələn sabaha,
Qəmli günlərimi şən bilə-bilə.
 
Bədən heydən düşdü, ürək döyündü,
Bu dövran qəddimi bükdü, öyündü.
Yollarım dar, kələflərim düyündü,
Getdmi dar yolları gen bilə-bilə.
 
Bilmədim qisası mən kimdən alım,
Dəymişə əl vurdum, töküldü kalım.
Göylərlə əlləşən, tərlan xəyalım,
Artıq köç vaxtıdır, en bilə-bilə. 
 
Necə də tez düşdü başımın tacı,
Qurudu bəhrəli-barlı ağacı.
Zülfüqar, yetişdi ruhun meracı,
Şirin xəyallara dön, bilə-bilə.
Müəllif: Zülfüqar Zülfüqarov 
30 may 2014
GO BACK