Varmı məni içinizdə tanıyan?
Yaşanmadan çözülməyən sirr mənəm.
Qalmasa da şöhrətimi duymayan,
Kimliyimi tərif etmək zor mənim.
Bülbüllər mənim dilimlə ötüşdü,
Bir gül üçün can evindən tutuşdu,
Ürəyimə buzdan uçqunlar düşdü,
Yanğınımı söndürmədi qar mənim.
Çoxları sultandı, kraldı, şahdı,
Mənimlə dəyişdi taleyi, bəxti,
Yerlə bir eylərəm tac ilə taxtı,
Ağıl almaz hünərlərim var mənim.
Kamil ikən cahil etdim alimi,
Vəhşi ikən yaxşı etdim zalımı,
Yavuz ikən Zəbun etdim Səlimi,
Hər oyunu pozan gizli-zor mənəm.
Yer üzündə mən yaratdım vərəmi,
Loğman Həkim bulamadı çarəmi,
Əsli üçün kül eylədim Kərəmi,
İbrahimin atıldığı od mənəm.
Səbəb - bəzən Leyla, bəzənsə Şirin.
Xətrim üçün uca dağlar dəlindi,
Bilək gücüm Fərhad ilə bilindi,
Qüdrət mənəm, qüvvət mənəm.
İlahimlə Mövlananı döndürdüm,
Yunusumla öfkələri dindirdim,
Günahımla çox ocaqlar söndürdüm,
Mövladanam, xeyir mənəm, şər mənəm.
Mənim üçün yaradıldı Muhəmməd (s.ə.v),
Mənim üçün yağdırıldı o rəhmət,
Övliyanın sözündəki məhəbbət,
Əmbiyanın üzündəki nur mənəm.
Kimsəsizəm, hısmım da yox, hasmım da,
Görülməzəm, cismim də yox, rəsmim də.
Dil üzməzəm, tək heca var ismimdə,
Mənim adım Eşqdir...
Camal Şafi