Qadin.NET / Anam laylay çalır

Anam laylay çalır

Anam laylay çalır

 


 

Bəzən gecələri ta sübhə qədər.
Anam laylay çalıb,qulaq asmışam.
Unudub dünyanın dərdi,qəmini.
Şirin arzulara qanad çalmışam.
***
Oxşayıb saçımı,öpüb alnımdan.
Kövrəlib ürəyim,körpələr kimi.
Baxıb gözlərinə ,tutub əlindən.
 Bölmüşəm sevinci,kədəri,qəmi.
***
Ötüşsə də də illər,quş qanadında
Ürəyım hər zaman onu diləyir.
Mənim üəyimdə min həyat dərsi.
Anam gülür yenə-“Körpəsən.”-deyir.
***
Nə ola,bir daha qayıdaydı kaş
Tutub ətəyindən,gəzdiyim günlər.
Qoparıb budaqdan heyva gülünü
Həvəslə saçına düzdüyüm günlər.
***
Hərdən inciyəndə heç nədən ötrü
Basardı bağrına,silib gözümü.
Niyə ağlamıram görəsən indi
Bəlkə anam verdi səbri,dözümü?

 İlham Idrisoğlu Brest 2001

22 yanvar 2011
GO BACK