Səhər dumanına bənzəyir hərdən
Yağış tək səpilir çiləyir hərdən.
Gah odu, alovu ələyir hərdən.
Ancaq məhəbbətin ad günü olmur.
Birdən göz yaşı tək sakitcə axır,
Birdən lal, kar olur, gözüylə baxır,
Birdən ürəkləri odlara yaxır,
Ancaq məhəbbətin ad günü olmur.
Güneydə parlayan qara bənzəyir,
Simləri ağlayan tara bənzəyir,
Zülməti ram edən nura bənzəyir,
Ancaq məhəbbətin ad günü olmur.
İlham İdrisoğlu 25.04.2014
Deyirsən bir eşqin sorağındayam
Deyirsən bir eşqin sorağındayam.
Niyə yollarımız görüşə bilmir?
Axı niyə sevgi belə qısqancdır?
Ağladır, yandırır, ancaq güldürmür.
Deyirsən bir eşqin sorağındayam.
Axı yuxularım sənsizdir, nədən?
Mən də yolçusuyam saf məhəbbətin.
Əl eylə yanımdan ötüşsən birdən.
Deyirsən bir eşqin sorağındayam
Sən Allah əhf eylə birdən görməsəm.
Ala gözlərinə heyran olaram.
Süzgün baxışlara səcdə eyləsəm.
Deyirsən bir eşqin sorağındayam.
Ömür bir karvandır dayanmır, fəqət.
Durub gözləyəcəm yolunun üstdə.
Sevən ürəklərdə çox olur taqət.
Deyirsən bir eşqin sorağındayam
Yuxuna səpərəm bənövşələri.
İlhamın dünyası bir möcüzədir.
Təki əllərinə çatsın əlləri.
may 2014