Qadin.NET / Demirəm ki, sev məni!

Demirəm ki, sev məni!

Demirəm ki, sev məni!
Demirəm ki, sev məni!
Sanki bir daş heykəlsən,sevgimə lalsan, gülüm,
Bir hərəkət etmirsən boşuna gedir sözüm,
Gülmənə inanmıram, barı eylə təbəssüm,
Demirəm ki, sev məni!
Sən gecələr mənimsən, şirin yuxu boyunca,
Səhərlər yox olursan, gözlərimi ovunca,
Oyna sən saçlarınla, mən də baxım doyunca,
Demirəm ki, sev məni!
Demirəm ki, sev məni!
O daş olan qəlbinə rəhm ver, mərhəmət ver,
Nə olar bircə dəfə öpməyə cəsarət ver,
Dodağından dodağma şəfa ver, hərarət ver,
Demirəm ki, sev məni! 
Sevgi elə bir hiss ki, baxmır yaşa, boyuna,
Uşaq kimi atlanım sağına, gah soluna,
Əzizlə, oxşa məni, qoy, uzanım qoluna,
Demirəm ki, sev məni!
Bilirsən “Naz” sevirəm,bəlkə də onçün bu naz,
Bircə gülümsəmənlə qışım olar, bahar, yaz.
Kaş bir dəfə deyəsən,”Eltun mənə şeir yaz”.
Demirəm ki, sev məni!
06.04.2014 
 

 

Demirəm ki, sev məni!

 

Səndə necə?
Arzularım bir dənizdi,
Nə sonu var, nə sahili,
Mən baxdığım ay bənizdi,
Oturmuşuq, ulduzlar, mən, aylı gecə..
Səndə necə?
Xəyal qurmaq adətimdi,
Bir çiçəyin ləçəkləri niyyətimdi,
Sanıram ki, qismətimdi,
Arzularım çıxır heçə…
Səndə necə?
Düşünürəm, vurnuxuram,
Yoxluğuna darıxıram,
Ayın batmağna baxıram,
Gözlüyürəm gecə keçə,
Səndə necə?
Demirəm ki, sev məni!
Məndə dövran tərsə dönüb,
Səhərlər zülmətə çönüb,
İçimdəki sevgi ölüb,
Çətin bir də ürək sevə,
Səndə necə?
Özümlə tənha qalanda,
Gözlərimə yaş dolanda,
Ürəyimdə söz olanda,
Hərdənbir gəlirəm təbə,
Səndə necə?
Müəllif Eltun Zahid
26.03.2014
10 may 2014
GO BACK