Sən ol...
Sən ol xoşbəxtliyim, sən ol sevincim,
Sən ol hər dəqiqə vuran ürəyim.
Özün də bilirsən təkdi diləyim,
Səninlə bir ömür yaşamaq lazım,
Bununçün yanımda qalmağın lazım.
***
Sən ol həyatımın mənası mənim,
Nə gözəl cənnətdir, gözəl gözlərin...
Soyuq bir havada sənin əllərin.
Ən gözəl əlcəkdir, mənə biləsən,
Heç zaman ömrümdən sən getməyəsən.
***
Sən ol yalnızlığımı vurub məhv edən,
Sən ol yalnızlığımı birdən itirən.
Sən ol xöşbəxtliyi mənə gətirən,
Səndən özgəsini istəmirəm mən.
Tək bircə həyatım sənsən, bil ki, sən!
***
Sən ol hər dəqiqə əlimi tutan,
Sən ol hər dəqiqə məni yaşadan,
Sən ol yastığıma mənlə baş qoyan.
Qoy hər gün yuxudan səninlə qalxım,
Qoy hər gün daha da xoşbəxt yaşayım.
***
Sən ol ömür kitabımın baş qəhrəmanı,
Gözləmək istəməm daha zamanı,
Və söylə tək bircə "hə" cavabını.
Bir ömür birlikdə yaşlanaq sənlə,
Bir ömür biz birgə gənc qalaq sənlə
***
Sevgimiz güc versin, biz cavan qalaq,
Birlikdə həyatdan gəl də həzz alaq.
Yalnız bir-birimizçün gəl biz yaşayaq.
Və budur son cavab sənindir indi,
Nə olar bir "hə" de, məni sevindir!...
Əlvida...
Dedi: Mən gedirəm.
Susdum...
Dedi: Saxlamayacaqsan məni?
Dedim: Məni sevsə idin əgər getməzdin. Hər dəqiqə, saatımı qəmli etməzdin.
Dedi: Xoşbəxtliyini istəyirəm.
Dedim: Xoşbəxtliyim inan ki, sənsən. Bəlkə möcüzə olar getdikdən sonra
Bir dəqiqə, bir saat yaşaya bilsəm.
Dedi: Anlamırsan.
Dedim: Sən anlamırsan.
Susdu... Dedim: Niyə susursan?
Dedi: Nə söyləyim ki?
Dedim: Niyə getdiyinin səbəbini söylə,
Sən məni səbəbsiz gəl qoyma belə.
Yenə də söylədi xoşbəxtliyinçün,
Gedirəm, özgə bir sualın dustağı olma.
Məni də unut, heç yada salma.
Sadəcə xoşbəxt olmağını istəyirəm.
Dedim: Get o zaman,
Sənsiz qalmaq xoşbəxtliksə get o zaman
Qapını açdı, arxaya baxdı və qapını örtdü,
Getdi, budur artıq mən kədərin yaxın dostu
Şənlənməyin düşməniyəm.
Nə bilim... Heç nə anlamadım, heç nə bilmədim
Susmağın altında heç nə görmədim.
Allahım, o getdi, niyə ölmədim? Cavab gəlmədi...
Mənim xöşbəxtliyimi istədi guya,
Amma ki bilmədi mənim sevgilim
Bilmədi, mən ancaq onla xoşbəxtəm,
Mənim xoşbəxtliyim, ancaq onladır.
Nə bilim...
Artıq əbədi susmağı qərara aldım
Bir neçə dəqiqə ağrı, acı
Daha sonra qaralt dünyanı.
Gedirəm... Onsuz yaşamağın yoxdur mənası,
Gedirəm, sənə indi daha əlvida!
Zaman məni əsir alsın...