Qadin.NET / Bayatılar

Bayatılar

Bayatılar
Mən aşiq yollara mən
Gül tökdüm yollara mən,
Söylədilər gəlirsən
Göz qoydum yollara mən.

Mən aşiq canım oğlumun
Canımın qanı oğlumun,
Mənə dərman nə gərək
Verin ətrini oğlumun.

Mən aşiq xəstə canım
Sızlayır xəstə canım,
Balama xəbər verin
Tək ondadır dərmanım.

Mən aşiq dağlar ağlar
Dağlar buludlar ağlar,
Balalara qıymayın
Yanar, analar ağlar.
 
Bayatılar

Mən aşiq yalan dünya

Talandın yaman dünya,

Səni mən çox sevsəm də

Yalansan, yalan dünya!

 

Mən aşiq söz yarası

Sağalmaz söz yarası,

Qılınc yarası baldı

Zəhərdir söz yarası.

 

Mən aşiq yalan dünya

Dönüb dolanan dünya,

Məni yaşatdın, sağ ol

Məndə gerçək o, dünya.

Bayatılar

Mən aşiq dolu könlüm

Dolu, yaralı könlüm,

Qəribsən bu yerlərdə

Gedəsən hara könlüm.

 

Mən aşiq ağla ürək 

Ağla rahatla ürək,

Yükün boyundan böyük

Halın yamandı ürək.

 

Mən aşiq dolur gözlər

Qəlb yanır dolur gözlər,

Bilsə belə gəlməzsən

Bu gözlər yenə gözlər.

 

 

22.12.2011

7 aprel 2014
GO BACK