Qadin.NET / Sevgi qurbanı

Sevgi qurbanı

 

Sevgi qurbanı

Sevgi qurbanı

Xəzər sahilində bir qız əyləşib

Əliylə silirdi yaşlı gözlərin.

Nə isə danışır sanki o anda

Dənizlə bölürdü ürək sözlərin.


Üzündə qəmli bir ifadə vardı,

Sevdiyin itirən insana bənzər.

Baxıb dalğalara hey ağlayırdı,

Göz yaşı tökürdü leysana bənzər.


Xəzər coşub daşan dalğalarıyla,

Pozurdu ətrafın sakitliyini.

Qızsa sözlərindən bəlli edirdi,

Dərdinin sevgiyə aidliyini.


Qəmli tamaşaya dözmədi qəlbim,

Yanına getməyə cürət eylədim.

Sakit addım atıb yaxınlaşaraq,

Əyləşib yanında salam söylədim.


Gözü yaşlı halda cavab verərək,

"Salam, yalvarıram gedin" söylədi.

"Son dəqiqələrdir mən bu həyatla,

Artıq qurtarıram, gedin" söylədi.


O sözü deyərkən ölüm düşündü,

Yaşamaq həvəsi yox idi qızın.

Qəm yükün çəkməyə gücü çatmırdı,

Kədəri sevincdən çox idi qızın.

Sevgi qurbanı

Mən onun fikrini dəyişmək üçün,

Təsəli verici cümlələr qurdum.

"Ölmə, sevdiyini düşün", deyərəkən,

Göynəyən yaraya sanki duz vurdum.


Qışqırıb "sevdiyim yoxdu" söylədi,

"O öldü mənim üçün bir saat qabaq.

Nə isə, çıxıb get, qoy rahat ölüm,

Məndə yaşamağa qalmayıb maraq.


Son bir sual verim gedirəm dedim

Sevdiyini qəlbində niyə öldürdün?

Bir kinayə doldu gülüşlə baxıb,

Dedi ölüm anı məni güldürdün.


Əksinə o məni öldürdü bu gün,

Eşq dolu qəlbimə xəyanətiylə.

Neçə vaxtdır məni aldadıb o kəs,

Sən demə yalançı məhəbbətiylə.


Şəhərdə gəzərkən mən təsadüfən,

Onu başqası ilə əl-ələ gördüm.

Həyatım məhv oldu o an qəlbimdə,

Həm onu öldürdüm, həm özüm öldüm.


Qurtarıb sözünü durdu ayağa,

Aman Allah, görün o qız neylədi.

"Mən getdim özünə yaxşı bax" deyib,

Vücudun dənizə təslim eylədi.


Boğuldu Xəzərin dərinliyində,

Sevginin növbəti qurbanı oldu.

O qəmli səhnənin şahidi Kərəm,

Dünyanın ən qəmli insanı oldu.


Bu şeir xəyanət edən kəslərə,

Qoy bir ibrət olsun, göz dağı olsun.

Sən bir özgəsiylə deyib gülərkən,

Niyə sevdiyinin gözləri dolsun?!

Sevgi qurbanı

Xəyal

Yenə axşam oldu hava qaraldı,

Yenə gözlərimin rəngi saraldı.

Yenə də qəm dolu səssiz otaqda,

Soyuq divarlarla üz-üzə qaldım.


Uzanıb səsizcə öz yatağımda,

Bir dərin ah çəkib xəyala daldım.

Özüm də bilmədən bir dünya dərdi,

Dünyanın əlindən sanki zor aldım.


Ayıldım, ayıldım, xəyalım yox olmuş yenə,

Yenə də xəyalım səndən xəbərsiz.

Sən yatan otaqda gəzir, dolanır,

Ağ balış üstündə qara saçların.

Sevgi qurbanı

İçində gizlənən səni axtarır,

Gah sağa boylanır, gah sola baxır.

Gizli bir təlaşla səni axtarır,

Səninsə gözlərin qapanmış o an.


Ayrılmış otağın qaranlığından,

Kim bilir o zaman o da özüyçün.

Heç mənim olmayan mənsiz bir evin,

Mənsiz bir otağın xəyalın qurur.


Uzanıb mənim tək öz yatağında,

Özgə birisiylə xəyallarında.

Özgə bir ocağın şamın yandırır,

Mənimsə gözlərim kirpik qırpmadan.


Qaranlıq bir küncə zillənib durub,

Bu tərki xəyalım dönəcək deyə.

O da öz aləmində bir xəyal qurub,

Bu yazıq gözlərim nə bilsin ki bu,

Xəyalın getdiyi ilk gediş deyil.

Gedən xəyallarım dönsə də geri

Keçmişi qaytarmaq asan iş deyil.


Məncə bu gecəni yuxusuz qalıb,

Bu qədər ümidsiz xəyal qurunca,

Bir dərin ahh çəkib ayılsam qəfil,

Bəlkədə xəyalım qayıdıb gələ.


O mənsiz otağın divarlarından

O yalan yazılmış kəlməni silə,

Götürüb hər nə var çıxara ordan,

Mənim də gözlərim yığışa yoldan.

Həm məni qurtara, həm də öz canın,

Canımız qurtarar bizsiz otaqdan,

Özgə xəyallarla dolu otaqdan.

19 mart 2014
GO BACK