Qadin.NET / Unut, könlüm

Unut, könlüm

Unut, könlüm

Unut, könlüm

Ağla, könlüm, qara bağla

Dönük çıxdı vədlərinə,

Ağla, könlüm, yana yana

Yan halına, dərdlərinə.

Səni bu dərdə salanı

Otur, düşün və xatırla.

Xatirələr sorağında

Tənha zülmət otağında

Ağla, hönkür-hönkür ağla.

Çalış, çırpın, unut onu.
Düz, qoş, seç sən öz yolunu.
Unut, könlüm
Unut getsin xəyalların
Unut bitsin acılarn
Əgər bacarırsansa sən
Adını da sil içindən.
Gözlərinin rəngini də,
Tellərinin ətrini də,
Xatırlama, arzulama.
Əz, keç bütün xülyalardan
Acı verən duyğulardan
Güc gəl bütün hisslərinə
Unut, unut onu getsin,
Unut, könlüm, həsrət bitsin.

Unut, könlüm

Mənimləsən

Günlər ayları sayı sayır yollayır,

Könüllər arzudan arzu doğurur.

Bir həsrət küləyi ömrümü alır,

Nə acıdır sənə həsrət yaşamaq.

Nə yamandı gözlərinə baxmamaq,

Bircə təsəllim var hər şeyə rəğmən, 

Rəsminə baxmışam çox dəfələrcə

Əksin hopub artıq mənim qəlbimə,

Olsan, olmasan da sən mənimləsən.

Unut, könlüm

Kaş bulud olaydım, mən də səmada,

Yağış bir bəhanəm olardı mənim.

Axardım gülüzlü yanaqlarından,

Ətrini alardım o saçlarının.

Külək saçlarını titrədən zaman.

Mən külək olsaydım, əsib həzincə 

Telini mehimlə siğallayardım.

Açıb qollarımı gülər üzünə

Səni məhəbbətlə qucaqlayardım.

 

Mən dəniz olsaydım, dağalarımla

Səni qayalarda salamlayardım. 

Görüş yerimizə gəlməsən də sən

Səni qayalardan soraqlayardım.

 

 16.01.2012

17 aprel 2014
GO BACK