Qadin.NET / Sənlə həyat çox gözəldir

Sənlə həyat çox gözəldir

Sənlə həyat çox gözəldir

Hər fikrimdə, anımdasan,

Damarımda, qanımdasan.

Nə yaxşı ki yanımdasan,

Sənlə həyat çox gözəldir.

 

Dar günümün dayağısan,

Qəlb evimin çırağısan.

Sanki uşaq sayağısan,

Sənlə həyat çox gözəldir.

 

Şöhrətimsən, həm də şanım,

Fəda olsun sənə canım.

Xoşbəxt keçir hər bir anım,

Sənlə həyat çox gözəldir.

 

Bəzəmisən el-aləmi,

Unutmuşam dərdi, qəmi.

Mən sahiləm, sənsə gəmi,

Sənlə həyat çox gözəldir.

 

Qarşıdadır günlər hələ,

Sənli anlar düşməz ələ.

Çox uzaqda olsan belə,

Sənlə həyat çox gözəldir.

Sənlə həyat çox gözəldir

Mən qonaq gəlmişəm sənin ömrünə

Gözlərin qərq edir nura gözümü,

Ulduzlar bürüyür göyün üzünü.

Dil susur, danışır ürək sözünü,

Mən qonaq gəlmişəm sənin ömrünə.

 

Gəl yuyaq birlikdə günahı eşqlə,

Bitirək fəryadı, bu ahı eşqlə.

Tanrının verdiyi ilahi eşqlə, 

Mən qonaq gəlmişəm sənin ömrünə.

 

Bizim ömrümüzdən uzaqdır kədər,

Gözlərim gözündən su içmək istər.

Dəvət et qəlbinə, yerimi göstər,

Mən qonaq gəlmişəm sənin ömrünə.

 

Ümidim üzülüb solana kimi,

Ömrümün vədəsi dolana kimi.

Əzrail canımı alana kimi,

Mən qonaq gəlmişəm sənin ömrünə.

25 mart 2014
GO BACK