Öyrəndinmi?
Sən heç yağışın altında qurudunmu?
Elə yandınmı, mənim kimi, içim kimi.
Oxudunmu heç dəfələrlə bir kağız parçasını,
Hər sözcüyə başqa mənalar yüklədinmi?!
Ağrıdımı gözlərin bir məktubun sətirlərində,
İtdinmi sən sətir aralarında.
Son gücüylə bir dəfə daha sevmək nə idi?
Bir şans daha verdinmi ürəyinə?!
Səni də yordularmı aşan yoxuşunda,
Qanadımı yaraların təkrar-təkrar.
İçinə atdınmı bütün yığdıqlarını,
Sevgi deyib saxlayıb itirdiklərini.
Sən heç yağışın altında qurudunmu,
Elə yandınmı, mənim kimi, içim kimi.
Gözlərinə baxa bilmədiyin oldumu sevdiyinin,
Özünə küsdünmü sən uzun-uzun?!
O fərq etmədən,qoxladınmı onu heç?
Xəbərsizcə götürdünmü xülyalarına əllərini,
Sən sevdinmi, sevə bildinmi,
Heç sənin olmayan bir bədəni?
O ayrıldığında, sən də ayrıldınmı özündən?
Pozulmuş bir kaset kimi, düyünləndimi səsin?
Aylarla qoxladınmı sən bir sancağı,
Öyrəndinmi artıq onun olmamağı?!
Mən səni anlaya bilmədim
Səni yazacaq qədər şair olmadım,
Səni yaşayacaq qədər sənə qarışmadım.
Çağırdığın qədər gələ bildim,
Mən səni anlaya bilmədim.
Unutmağı öyrənəcək qədər hərf bilmirəm
Və sənə çıxan yollarda yoruldum.
Hər şeyim olma, onsuz da zatən istəməm bunu,
Çarəsizliyim də olma dedim anlamadın,
Mən səni anlaya bilmədim.
Yatmadım, yuxuma gəlmə deyə,
Adın qədər danışa bildim, dodaqlarım sənsiz.
Ruhum ruhuna rast gəlmiş, dərdi deyərdi mənə,
Mənmi çıxdım qarşına, sənmi çarpdın mənə,
Mən səni anlaya bilmədim.
Qapımın açarı yox ki səndə olsun,
Mən qəfəsinə aşiq bir quş kimiyəm.
Əlində yelləyirsən gülüşümü
Ardınca uçur baxışlarım, dönmürsən,
Mən səni anlaya bilmədim.
Müəllif: Ahmet Batman