Kəbənin evini təmir edirlər,
Hər tayfadan, hər nəsildən gəlirlər,
Əbutalıb, Həmzə, Abbas tikirlər.
Məhəmməd gah bənna, gah da ki, fəhlə,
İşləyir, çalışır necə fərəhlə.
Yayın isti günü, günəş od tökür,
Od çiləyir, od püskürür, od tökür,
Buna baxmayaraq tikənlər tikir.
Həmzə divar çəkir, nizam iş görür
Hördükcə sevinir, sevinir hörür.
Təmir başa çatdı, hamı sevindi,
Bir kimsə ucadan qışqırıb dindi:
Qaradaşı kim qoyacaq, kim indi?
Öz yerində durmalıdı Qaradaş,
Düşdü tayfalara təlatüm, təlaş.
Tayfa başçıları bir-birinə düşdü,
Qeylüqal çoxaldı, hətta söyüşdü,
Zorlu- zorsuz bir- birindən döyüşdü,
Qoya bilmədilər daşı yerinə,
Bir çarə tapdılar daşın sirrinə.
Belə razılaşıb, belə dedilər,
Fikirlər bir oldu, tədbir gördülər,
İlk dəfə kim gəlsə, kimi gördülər,
Qaradaşı o qaldırsın, o qoysun,
İncikliyi aralıqdan o soysun.
Bu zaman Məhəmməd Əl-Əmin gəldi,
Öyrəndi işləri, dərindən bildi,
Əbasın çıxarıb tərini sildi,
Əbanın üstünə daşı qoyaraq
Hər tayfadan bir ağsaqqal ayıraraq...
Hərə bir tərəfdən tutdu əbadan,
Yuxarı qaldırdı daşı durmadan,
Qoydular yerinə incik olmadan.
Məhəmməd düzəltdi daşı yerinə,
Həcərül- Əl- Əsvəd düşdü pirinə.
Hamı bir ağızdan “afərin” dedi,
Qalmaqal kəsildi, hər şey düzəldi,
Məhəmmədin qulağına səs gəldi,
Ehramını düzəlt, sən peyğəmbərsən,
Sən Rəsulsan, nə olsun ki, sən bəşərsən.
Məhəmməd yaşlaşır, yetir qırx yaşa,
Səslər gəlir qulağına bir- başa,
Gah Rəsul çağırır, gah Nəbi – qoşa
Çin olan yuxular görür yatanda.
Məhəmməd
Doqquz qat göylərdə haqq məleykələr,
Heyran qaldı kamalına, Məhəmməd!
Ay xəcalət çəkdi, günəş baş əydi,
BərəkAllah camalına, Məhəmməd!
Sən nurdan yarandın, dünya gərdişi,
Düz verib qiymətin yaradan kişi,
Adəmin günahı, Nuhun səhv işi,
Bağışlandı hər halına, Məhəmməd!
Nəbilər nəbisi, Adəmin sirri,
Günü günortadan qaytardın geri,
Allahın sağ əli, meracın şiri,
Cavab verdi sualına, Məhəmməd!
Özün yoxsan, sayılırsan müqəddəs,
Qurban üçün mən hazıram, apar kəs,
Can şirindi, eyləmərəm bircə səs,
Qəbul olsa amalına, Məhəmməd!