Gəlmisən məzarım üstə,
Əlində gül də var deyən bir dəstə,
Düz onu hər kəstək məzarım üstə.
Bir az ağla, daha sonra yeri get!
Ya da ki, ağlama gözyaşın yalan!
Gülləri neynirəm, nə vaxtsa solan?
Mənə ürəyini ver hər zaman vuran.
Başqa heç bir şeyi istəmirəm mən.
Yıxılma sən mənim məzarım üstə,
Yalandan etdiyin bəllidir gözdə.
Sən məni öldürdün, inan bir sözlə,
O sözsə "sevmirəm" sözüydü, gülüm.
Halbuki, dediyim gül solmuş artıq,
Son bahar bitməmiş o bitmiş artıq
O gülüm mənimçün ölmüşdür artıq.
Halbuki, dediyim gül solmuş artıq.
Külək
Rəqqasədir sanki külək,
Əsir o yan, əsir bu yan.
Dayan, bircə dayan görək.
Öyrət mənə sən əsməyi,
Öyrət mənə fəndlərini,
Mən də əsim sənin kimi
Özünə şagird götür məni,
Öyrət mənə sən əsməyi.
Bu dünyanın kədərini, mən qəmini,
Əsməyimlə yıxım, söküm.
Ürəklərdə kin, nifrəti,
Əbədi mən qoy öldürüm.
Müəllim ol mənə külək,
Öyrət mənə sirlərini,
Öyrət mənə birgə əsək,
Bax bu qoca kainatda.
Yorularsan gözəl külək,
Sən dünyanı dövr etdikcə
Öyrət mənə sən əsməyi,
Qoy ki, kömək edim sənə.
Rəqqasəsən, rəqs edirsən,
O yan, bu yan sən əsirsən.
O yan, bu yan sən əsdikcə.
Buz bağlamış o nəfəsin,
Günəş kimi bu qızarmış yanağıma
Hər dəydikcə,
Öyrət mənə sən əsməyi!
Keçmiş
Gedirsən sən...
Allah bilir bir də nə vaxt görüşərik,
Görən bir də nə vaxt sənlə
O yollardan biz keçərik?!
Getdin, amma xatirələr məndə qaldı
Hara getdin? Nə tez səni yel apardı?
Düşünürsən işgəncələr və əzablar sənə qaldı?!
Yanılırsan! Əzabları mən də çəkdim.
Düşünmə ki, yalnız əzab özün çəkdin...
Qaldım indi dərdlərimlə mən baş-başa,
Daha gecdir, lap vursam da daşdan-daşa
Yenə geri dönməyəcən,
O yollardan keçməyəcən.
Artıq neynim? Tənhalıqmış əsl dostum,
Sənin kimi deyiləm mən!
Düşünmə ki, hərşeyi mən
Sildim, pozdum,
Əsla pozmam! Bacarmaram!
Xatirələr keçmişimdir,
Keçmişimi unutmaram!
Onunla da yaşamaram!
Keçmişimi mən unutsam,
Gələcəyi yaşamaram!
Əhəd Əhədli