Ölməyi düşündüyüm bir zaman
Səni gördüm o anda.
Çəkib qurtardığını düşünərkən,
Yenə aparırsan ölüm yoluna.
Sevib - sevildiyimi fikirləşərkən
Sən xəyanət edirmişsən.
Evlilik təklifi gözlədiyim zaman,
Ayrılıq təklifi etdiyin andır.
Sənin üçün yaşadığım zaman
Sənin üçün ölümə gedərəm.
Məni tərk edib getdiyin an,
Ölüm mələyinin gəldiyi zaman.
Həyat mənasızdır mənim üçün
Çünki həyyat sənsən hər an.
Yaşamağı çox sevərdim,
Əgər sən həyat olmasaydın.
Qəlbimdə başqası varkən,
Necə sevdin gozlərimi.
Göz qəlbin aynasıykən
O zaman yalandır sevgində.
Yalan Sevgi
Sevgi acı verir insana,
Sevən sevdiyini aldatmasın gərək.
Sevgi acı verir sevənə
Sevən aldanmasın yalan sevgiyə.
İnsan susarkən göz danışır
İnsan ağlarkən qəlb susur.
İnsan susarkən qəlb fəryad edir,
Fəryad qəlblər "sevgi yalan" deyir.
Sevənlər danışır bəs sevən,
Sevənlər qovuşur bəs sevən,
Sevgidən danışılar bəs sevən,
Aldanarmı yalan sevgiyə sevən.
Sevənlər ayrılmır əgər sevgiysə,
Sevənlər küsmür əgər sevgiysə.
Sevgi varki deyəsən sevirəm
Həyyat özü yalan-yalan sevgidə.
Məllif: Gülnişan Mirzəyeva