Kül oldum
Nə üçün bu qədər doğmasan mənə?
Bu qədər doğmalar yadlar içində.
Tək sənin adını yazmışam ömrüm,
Qəlbimə bu qədər adlar içində.
Eşqin üçün darıxan bir bülbül oldum,
Hər zaman dərdinə yanan mən oldum.
Daima dolandım, başına pərvanən oldum,
Məni atıb getdin, yandım kül oldum.
Ürəyim dolubdur bu gecə yenə,
Yazıram fikrirlərimi yenə sətirlərə.
Dərdimi böldüyüm bir dəftər-qələm,
Bir onlardır mənə sirdaş, həmdəm.
Səbəbi sənsən
Nəmli gözlərimin səbəbi sənsən,
Acı sözlərimin səbəbi sənsən.
Qəlbimi qıran da, üzən də sənsən,
Məni sevdiyini deyən də sənsən.
Bu qədər uzaq olmayaydıq kaş,
Hər zaman yanımda ola biləydin.
Sənsizlik necə əzabdır, görə biləydin,
Ağlayan gözümün yaşını silə biləydin.
"Ağlama" deyərkən səsi titrəsə,
Əllərin səssizcə göz yaşımı silsə.
Sarılıb boynuma bir dəfə öpsən,
Mən sevdiyini bir daha desən.
Müəllif: Narın Əliyeva
Gülüm
Gülüm, məni görməyəndən de görüm,
Həsrət gəlib ürəyini diddimi?
Ayrı gedən bu yolları qoy hörüm,
Yoxsa sonu bu yolların bitdimi?
Zaman ilə danışmadıq belə heç,
Gündür, aydır, gəlib keçir ilə heç.
Eşqimizi bənzətdinmi gülə heç,
Xəzan olub ləçəkləri itdimi?
Nə taparsan de itirsən sən məni?
Tale oyun, zaman isə güləni.
Hünərin var, saxla gülüm, gedəni,
Deməsinlər bu sevgisi getdimi?!