Darıxıram
Ürək susur, heç dinməyir,
Ay sevgilim, neyləyim mən?
Darıxıram!
Hər kəsi məni xoşbəxt bilir,
Kədərimi heç bilməyir.
Darıxıram!
Düşünürəm hər an səni,
Şirin-şirin xatirəni,
Düşündükcə gizli-gizli mən yanıram.
Sənsiz yaman darıxıram!
Sənsiz bahar qışdır mənə,
Bu həyatım boşdur mənə.
Ürək yandı, coşdu yenə,
Neyləyim mən, ay sevgilim?
Darıxıram...
Unut
Unut xatirəmi, unut sevgimi,
Elə bil o illər heç yaşanmadı.
Qayıtma ömrümə, unut, sən məni,
Artıq məhəbbətdən heç nə qalmadı.
İtirdik sevgini, qiymət vermədik,
İndi sən hayanda, gör mən hardayam?!
Heyf sevgimizin qədrin bilmədik,
Sonunda bu acı sonluğa gəldik.