Heç olmasa sev məni
Ürək sevib nə tez belə yoruldu,
Heç olmasa şirin sözlə sev məni.
Yolunu de, necə olum gözündə,
Heç olmasa iki gözlə sev məni.
Can deyəndə özgə çıxır o səs də,
İstilik yox, doğmalıq yox nəfəsdə.
Əgər olsan əhdə sadiq, həvəsdə,
Heç olmasa gülər üzlə sev məni.
Tərs olmadın o məktəbli ilində,
Tərs olaydın, söz qalaydı dilində.
Vədə ötüb, eşqim sönüb əlində,
Heç olmasa qalan gözlə sev məni.
Rövşənəm, getsəm də gözdən uzağa,
Yanında yalandır ağlayan çağa.
Əl verməsən aşırdığım dayağa,
Heç olmasa bircə dəfə sev məni.
Bilirsən?
Bir vaxtlar səninlə sevgiliydik biz,
Eşqlə döyünərdi bizim qəlbimiz.
İndi mən sənsizəm, sən isə mənsiz
Sənsizlik çətindir, bunu bilirsən?
Ayrılıq qəlbimə vurubdu yara,
Daha dözmür qəlbim bu ayrılığa.
Sənli xoş günlərim düşəndə yada,
Ürəyim sızlayır, bunu bilirsən?
Görüş verib, görüşümə gəlmədin,
Kor oldun sən, sevdiyimi görmədin.
Rövşənəm mən, sən qədrimi bilmədin,
Sən mənimçün yoxsan artıq, bilirsən?
Müəllif: Rövşən Həsənli (Avara_Şair)
24.11.2013
P.S. Müəllif hüquqları qorunur.