Qadin.NET / Vicdanımın aynadakı şəkli

Vicdanımın aynadakı şəkli

 

Vicdanımın aynadakı şəkli

 

Vicdanın aynadakı şəkli

Bir gün üzümü tutdum qibləyə,

Eşidər Peyğəmbər səsimi deyə,

İçimdən ağladım onu çağırdım,

O həzrətlə sözü belə başladım:

"Ey Allahın dostu, Rəbbin həbibi.

Ey xəstə qəlblərin gözəl təbibi,

Səs ver səsimə ki, böyükdür dərdim,

Haqqı tapmaq üçün qapına gəldim.

Mənə bir yol göstər azmışam yaman,

Neyləyim verməyir nəfsim heç aman".

Ağlaya, ağlaya daldım xəyala,

Xəyallar apardı məni uzağa.

 

Vicdanımın aynadakı şəkli

 

Canlandı qarşımda Peyğəmbər özü.

Elə bil eşidib dediyim sözü,

Gəlmişdi yanıma uca Peyğəmbər.

Sənin gəlişinə layiqəm məgər?

"Bismillah" söyləyib sözə başladı.

Amma danışarkən mənə baxmadı,

Dedi: "Haqqı nədən axtarırsan sən?

Məgər haqq gizlənib səndə görmürsən?

Günahlar bağlayıb sənin gözünü,

Eşitmir qulaqlar Haqqın sözünü

Nə üzlə çağırdın sən məni bura?

Vurub günahların qəlbimə yara".

Dedim: "Ya Peyğəmbər, bağışla məni

Hansı zalım istər incidə səni?

Mənə bir yol göstər, oyat qəlbimi

Açmışam mən sənə artıq dərdimi".

Dedi: "Günahlardan uzaq dur hər an

Zikr elə, namaz qıl, səhərlər oyan.

Şeytan heç vaxt yatmır silah əlində

Dua və namazla silahlan sən də.

Rəbbini unutma, yad et hər zaman

Günahlarla əldən getməsin həyan.

Vicdanımın aynadakı şəkli

Çətinlik üz versə səbr et, darıxma,

Yolun yoxuşundan qətiyyən qorxma

Bu yolu yoldaşsız getmə heç zaman 

Yolu yolçusu ilə tanıyır insan.

Yada sal Hüseynin (ə) kəsilən başın

Şəhadətə çatmış dostun, qardaşın.

O bir çıraq kimi hər zaman yanar,

Ancaq zatı qırıq o nuru danar".

Xəyaldan oyandım ətrafa baxdım

Elə bil mən birdən özümü tapdım

Ayağa qalxaraq məscidə getdim

Bütün günahlardan mən tövbə etdim.

Vicdanımın aynadakı şəkli

Son dayanacaq

Yan baxma qardaşım, Fatihə oxu,

Bu qəbir sənin də son durağındır.

Burada tükənir qüvvətlə qorxu

Bu qəbir sənin də son dayanacağındır.


Diqqətlə bax hələ təzə bir məzar

Öləni üç gün olmuş daşında yazar.

Məzarcı yorulmaz qazar, ha qazar,

Bu qəbir sənin də son dayanacağındır.

 

Nə səs, nə səda, nə hirs, nə də bir əməl,

Üstündə bina yox, altında təməl.

Ey yolçu uzaqdan baxma bəri gəl,

Bu qəbir sənin də son dayanacağındır.

Vicdanımın aynadakı şəkli

Nə olduq?

Hak yolundan azan olduq,

Nümayişə tapan olduq,

Ortalığa qoyan payı

Bölüşmədən alan olduq.

 

Tənbəl-tənbəl yatan olduq,

Bol kisədən atan olduq.

Pul üçün xarab malı

Sağlam deyə satan olduq.

 

Gizli sirri duyan olduq,

Yoxsulları soyan olduq.

İki ayaq çıxdı dördə

Zəhərli bir ilan olduq.

 

Sözü tutmaz yalan olduq,

İmtahanda qalan olduq.

Su görməyən çiçək kimi

Gün keçdikcə solan olduq.

 

Namus arı udan olduq,

Yuvanı çətin tutan olduq.

Şərəfli bir millət üçün

Bu zamanda utan olduq.

 

İrfan söylər duman olduq,

Yazdıq geri zaman olduq.

Əgər dönməz isək Hakka

Yemsiz sarı saman olduq.

20 yanvar 2014
GO BACK