Yıxılan deyiləm,yadında saxla
Ömrümün yolunu qar eyləsən də
Nə sənə əyilərəm,nə də dünyaya
Dünyanı başıma dar eyləsən də.
Zarafat eyləmə ömürlə,günlə
İtirib əlinlə gəzmə gözünlə
Get desən gedərəm, bir gün sözünlə
Gəl desən gəlmərəm, bir gün sözünlə.
Eşqim ayaqlara sarılan deyil,
Hər qədir bilməzə verilən deyil.
Ölən məhəbbətlər,dirilən deyil.
Ağlayıb gözünü kor eyləsən də.
Peşman olasan,unudulasan,
Gözlərin yollarda yaşla qalasan.
Sənində sevdiyin unutsun bir gün,
Sevgi vüsalına,sevən ürəyə
Mənim həsrətimə möhtac olasan.