Qadin.NET / Deyərsə Allah, mən nə cavab verim?!

Deyərsə Allah, mən nə cavab verim?!

 

 

 

 

Bu dünyaya gəldin, nə əməl etdin,

Deyərsə Allah, nə cavab verim.

İndi hüzuruma nə üzlə gəldin,

Deyərsə Allah, mən nə cavab verim?!

 

İki yol göstərdim, həm ağıl verdim,

İradəndə səni sərbəst buraxdım.

Mərhəmətimu buraxdın, zülmümü daddın,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Ramazan verdim, orucunu tutmadın,

Axşam şirin-şirin iftar etmədin,

Nə üçün doğru yola getmədin,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Günahdan qaçmadın, tutmadın əmrimi,

Bihudə yerlərdə keçirdin ömrünü.

Gör necə çoxalmış dünyada səhvin

Deyərsə Allah, mən nə cavab verim?!

Deyərsə Allah, mən nə cavab verim?!

Soyuq-isti dedin, almadın dəstəmaz,

Zamanın keçdi, namaz qılmadın,

Günah çoxluğuna çarə tapmadın,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Berat, Qədr verdim, nə üçün bilmədin,

İki rükət olsun namaz qılmadın,

Havayı işlərdən sən usanmadın,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Nə üçün dəstəmaz alıb qılmadın namaz,

Yalvarıb Rəbbinə etmədin niyaz.

Xalq içində adın çıxmış binamaz,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Azanlar oxundu, sən eşitmədin,

Sən niyə Rəbbinə səcdə etmədin.

Mən də sənə Cənnətimi vermədim,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Deyərsə Allah, mən nə cavab verim?!

 

Nə üçün tərk etdin fərzi, sünnəti,

Eşitmədinmi cəhənnəmi, cənnəti,

Deyilsənmi Məhəmmədin ümməti,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Mən səni yaratdım gül-çiçək kimi,

Qaş verdim, göz verdim sünbüllər kimi.

Əməlini söylə bülbüllər kimi,

Deyərsə Allah, mən nə cavab verim?!

 

Ulu Peyğəmbəri mən sənə verdim

Cənnəti aləmi sənə ər gördüm.

Sən fani dünyada niyə boş durdun,

Deyərsə Allah, mən nə cavab verim?!

 

 

3 fevral 2014
GO BACK