Qadin.NET / Ana

Ana

Ana

Ana

 Nə gözəl duyğusan, nə ülvi bir hiss,

Yüz il də yaşasam doymaram səndən,

Ömrümün bir anı keçərsə sənsiz

Sanaram o, günü yaşamadım mən.

 

Övladı ucalsın, sevinsin deyə

Həvəslə qatlanar hər çətinliyə.

Ay ana, səndəki mərdanəliyə,

Heyranam hər zaman ürəyimdə mən.

 

Mən səni sevmirəm, adi bir sözlə

Qeyri-adi sevgiylə, adi ürəkdə.

Sənin qüdrətini vəsf eyləməyə,

Qarşımda acizdir adi bir söz də.

Ana

Gözlərin dərin dərya

Ürəyin saf aynadır.

Ana, sənsiz bu dünya

Həyat özü yalandır.

 

Sən arzu-məramımsan

Həyamsan, harayımsan.

Nə yaxşı ki, dünyada,

Əziz anam, sən varsan.

 

Sənsən başımın tacı,

Sənsiz günlərim acı.

Sən güləndə elə bil

Gülür ömrümün yazı.

Ana

Göylərdə parlayan ulduzum ana,

Dəniztək çağlayan ümmanım, ana.

Həsrətəm illərdir üzünə ana,

De, nə vaxt bitəcək bu həsrət, anam?!

 

Sən mənim tək dostum, ilk rəfiqəmsən

Sirrimi, sözümü bölüşdüyümsən.

Dərdimə, halıma yananım sənsən,

De, nə vaxt bitəcək bu həsrət, anam?!

 

Hər gün bir az da yaşlanırsan sən

Yavaş-yavaş məndən uzaqlaşan sən.

Bu zamanı saxlaya bilməyən də mən,

De, nə vaxt bitəcək bu həsrət, anam?!

 

O həzin səsini duymasam bir gün,

Körpə uşaqtəki yata bilmərəm.

İstərəm yanında olam mən hər gün

De, nə vaxt bitəcək bu həsrət, anam?!

 

Anayam, yenə də sənə möhtacam.

Bir Tanrıya, bir də sənə möhtacam.

Sənə qovuşduğum gün xoşbəxt olacam

De, nə vaxt bitəcək bu həsrət, anam?!

Müəllif: Dəniz84

25 dekabr 2013
GO BACK