Anacan gəl, nə olar
Rüzgarlar əsir bu axşam yenə.
Üşüyürəm, anacan gəl, nə olar.
Həyatım başıma dönür yenə də.
Əlim əlini gözləyir gəl, nə olar.
Nə qədər gözlədim bir bilə bilsən.
Gözümün yaşını bir silə bilsən.
İzninlə yanına bir gələ bilsəm.
Zamanım çox az gəl, nə olar.
Yaşamaq eşqilə yaşayırıqsa.
Ağlamaq nəyə gərək söylə, anacan.
Gözəl gözlərin daim gülürsə.
Xoşbəxtlik içində ağlama, ana.
Sanıram həyatın xoşbəxtlik olar
Rahatlıq eşqi səndə can tapar.
Canım anama
Sən gözlərimin yaşı.
Canımdan bir parçasan.
Sən çiçəklərin ən gözəli.
Ulduzların ən parlağısan.
Sən qəlbimin aynası.
Qəlbimin sirdaşısan.
Sən ruhumun mələyi.
Həyatımın anlamısan.
Sən gülüşlərimin səbəbi.
Mahnılarımın sözlərisən.
Sən mənə xoşbəxtlik verən.
Canım gözəl anamsan.
Ağlama sən anacan...
Külək olub əsib keçsəm.
Bir quş olub uçub getsəm.
Həyatımdan köçüb getsəm.
Ağlama sən, anacan...
Gözlərinə qurban olum.
Ürəyinə mən heyran olum.
Bu ömrünə canımı qoyum.
Ağlama sən, anacan...
Canım yanır sən ağlayınca.
Qəlbim əsir əlini tutunca.
Gözlərim dolur şəklinə baxınca.
Ağlama sən, anacan...
Canım, nəfəsimsən mənim.
Gülüm, balımsan sən mənim.
Həyatımın bir dənəsi.
Ağlama sən, anacan...
Varlığın əbədi olsun.
Həyatın da xoşbəxt keçsin.
Ana, canına sağlıq olsun.
Ağlama sən, anacan...
Qarşında diz çöküm mən.
Əllərindən öpüm mən.
Gözəl həyatın üçün.
Daim duaçın olum mən.
Yetər ki sən üzülmə.
Yetər ki sən ağlama.
Bu ömrüm sənə qurban.
Ağlama sən, anacan...
Yağmur qızım
Həyatıma xoş gəldin.
Gözəl qızım Yağmurum.
Mənə anacan dedin.
Mələk üzlü Yağmurum.
Allahıma çox şükür.
Səni mənə göndərdi.
Sən mənim hər şeyimsən.
Canımsan, ciyərimsən.
Yağmurumsan, qızımsan.
Nəfəsim, varlığımsan.
Bu canım sənə qurban.
Özüm də sənə heyran.
Qaranlıq dolu dünyam.
Sayəndə nurla doldu.
Qəlbim rahatlıq tapdı.
Sən qarşıma çıxınca.
Harda olsan bil, qızım.
Duamda, yadımdasan.
Məni anan tək sevdin.
Sanki yeni can verdin.
Rəbbimdən diləyirəm.
Sənə sağlam bir həyat.
Xoşbəxtlik dolu həyat.
Qismət olur inşaAllah.
Yarımçıq qalan sevgimiz
Yağmurum can qızım, həyatım mənim.
Kaş ki o xəbəri duymayaydım mən.
Bu necə yazıdır, bu necə bəxtdir?
Bala sevgisinə heç doymadım mən.
Bu qəmli gözlərim səni axtarır.
Göz yaşım gətirir duman, çən mənə.
Əvvəl tənhalıqdan yaman qorxardım.
İndisə tənhalıq sirdaşdır mənə.
Artıq gecələri yata bilmirəm.
Düşüncələr alır məni qoynuna.
Sarılıb bir anlıq sənin boynuna.
Yenidən o günü anmaq istərəm.
Axı niyə belə tez getdin, qızım.
Dərdimə həmdəmim yox daha mənim.
İndi bu dərdə de mən necə dözüm?
Qəlbimi kimsə yox, təkcə sən bildin.
Telefon zəng etmir gör neçə vaxtdır.
Onun da susmayan vaxtları olub.
Görən bu dərdimi kimə deyim mən?
Görənlər soruşur axı nə olub?
İndisə yazıma qar ələnibdir.
Bu fani dünyadan ruhum da köçür.
Yaralarım qalıb, sağaldanım yox.
Sənsiz bu dünyaya heç marağım yox.
Sənsiz nə göydə, nə yerdəyəm mən.
Özüm də bilmirəm, hardayam ki mən.
Bala həsrətilə yaşayıram mən.
Bu dərdi heç kimə arzulamam mən.
Gəldiyin yollara hey baxıram mən.
İnan ki gözlərim dolur, boşalır.
Sənin gəlişinə qurban olardım.
Təki sən qalardın, mən gedərdim mən.
Bu tale, bu yazı, bu qismət sənin.
Alnına yazılmış əzəldən sənin.
Şükür Allahımın məsləhətinə.
Yerin əlbəttə ki Cənnətdir sənin. Amin.