Qadin.NET / Can bədəndən çıxınca...

Can bədəndən çıxınca...

Dostlarıma

Can bədəndən çıxınca...
- Niyə məni gətirib, tənəşirdə soydunuz?
Arxasından yuyub, bir tabuta qoydunuz?
Niyə toplandı bu gün, burda bu qədər insan?
Bir səhv olmalıdır, anlamadım bu işi!

Niyə bağlandı çənəm?..Bu kəfən nəyə lazım?
Söyləyin!..  Gerçəkdirmi, duyduğum sala səsi?
Nə işim var ki mənim, bu musalla daşında?
Halbuki olmam lazım, işlərimin başında...

Yoxsa bu etdiyiniz  bir oyun, zarafatmı?
Dadında qalsın artıq, buraxın bu yaxamı.
Bəs sən, müəllim əfəndi! Oyuna daxilsənmi?
Mən necə ölərəm ki, bu qədər cahilsənmi?

Yoxsa kim olduğumu, sən də bilmirsən?
Bir üzr istəyib, özünə gəlmirsən?
Xəbərin varmı mənim şöhrətimdən, şanımdan?
O dərin mafiyadakı, böyük etibarımdan?..

Bəlkə maraqlanarsan, ünvanımı rütbəmi,
Üləma susub durar, bir geyinsəm cübbəmi!
Mənə yaraşırmı, burda beləcə yatmaq?
Sanki ölmüşəm kimi, çiyinlərdə dövr atmaq?..
Can bədəndən çıxınca...
Lütfən, müəllim əfəndi, davam etmə oyunu,
Mənim kimi bir qurda, güldürmə bu qoyunu...
Hələ, bu cibindəki, telefonu bir ver də,
Bax necə açılacaq, qapılar pərdə-pərdə...

Bu gördüyün hüznlü maskalara aldırma,
Onlara inanıb da, çəkin, namaz qıldırma.
Eşitdim ki, işgüzarlar, məzar belə qazmışlar.
Görürsən müəllimim, bunlar birlikdə azmışlar...

Qaldır artıq tabutun, qapağını üstümdən,
Sıxılmağa başladım, bu tikişsiz kostyumdan.
Ağlını işlət müəllim!.. Mən sözümü tutaram,
Səni Ulu Məscidə imam belə edərəm...

Qərar ver də bu işi, şirininə bağlayaq,
Maaşına əlavə, bir qatqı təmin edək.
Bunca zarafat yetər, məni artıq yolla,
İlk kreditin yerinə, bu zərfi də al götür...
Can bədəndən çıxınca...
- Dinlə ey aciz meyid! Bu danışan müəllimdir,
Gördüklərin nə zarafat, nə də qandırmacadır.
Sağlığında ''köntöy'' deyər, məni kiçik bilərdin,
İndi nə oldu sənə, müəllimə postu sərdin?..

Oyan artıq, ey meyid! Sən öldün... Sağ deyilsən,
Çırpınışın boşuna, o dik başın əyilsin!.
Bu tabutlara daha, nə şöhrətlər girəcək,
Nələr gördü bu müəllim, daha nələr görəcək...

Gözləyir Münkər-Nəkir, indi səni məzarda,
Rüşvət-müşvət keçmir, gedəcəyin bazarda.
Bu dünyada büt etdin, pulu, şanı, şöhrəti, 
Az sonra görəcəksən orda ağla-qaranı.

Gələcək qulağına əvvəl belə bir xitab:
''Eşitmədinmi dünyada, Quran deyə bir kitab?''
Eşitdim desən bir cür, eşitmədim desən yalan
Qurtarar bəlkə səni mafiyadan artıq qalan...

Gerçəkləri bu kasıb, belə gətirdi dilə,
Bilirəm... Bu sətirlər, anlayana çox belə.
Uzadıb pozmayaq, şeirin qıvamını,
Hər kəs özü gətirsin əhvalatın davamını...
Can bədəndən çıxınca...
Məhşərdə Quranla həşreylə məni
İstəməm dünyanın tacı-taxtını,
Muradım almaqdır qul bəratını.
Əfvinlə tanıdım, Uca Zatını,
Sən ki, bağışlayarsan, "Rəbbim" deyəni,
Məhşərdə Quranla həşreylə məni...

Nə qədər vursam da, nəfsimi daşa,
Səbrini verməzsən, çıxa bilmərəm başa.
Sən bağışlamadıqca, ibadət boşa,
Bilərəm… Sevərsən, Sən də sevəni,
Məhşərdə Quranla həşreylə məni...

Neyləyim, Zatından başqa sirdaşı,
Lütfünə kor baxan, gözdəki yaşı.
Neyləyim, eşqinlə əyilməz başı,
Sonsuz rəhmətinlə tanıdım Səni,
Məhşərdə Quranla həşreylə məni...

Səndən gəldim, yenə dönüşüm Sənə,
Şükrümü qəbul et, verdiyin cana.
Dünyalar bir yana, rizan bir yana,
Uca Quranınla tanıdım Səni,
Ya Rəbbi… Onunla həşreylə məni...
Amin.

 

Can bədəndən çıxınca...

 

Çingiz Numanoğlu

P.S. Şeir tərcümə edildiyi üçün qafiyə və hecalarda uyğunsuzluq ola bilər, üzrlü sayın. Önəmli olan əsas mənanı dərk etməkdir...

20 noyabr 2013
GO BACK