Qadin.NET / Ürəyimdən keçənlər (2)

Ürəyimdən keçənlər (2)

Ürəyimdən keçənlər (2)

Qardaş

Arxadır, dayaqdır insana qardaş,

Hər zaman yoluna yoldaşdır qardaş.

Sirrini böldüyün, ən çox sevdiyin,

Sənin hər dərdinə yanandır qardaş.

 

Atasız böyüdüm, mən dərd çəkmədim,

Atasız olduğumu mən hiss etmədim.

Məni atam kimi sevib qardaşım,

Yoluma hər zaman nurdur qardaşım.

 

Qardaşdır həyatın mənası və gözəlliyi,

Qardaşdır ürəyin saflığı və təmizliyi.

Qardaşdır hər zaman qayğına qalan,

Qardaşdır sənin arxan, dayağın olan.

 

Nəinki dəftərə, hətta aləmə,

Sığdıra bilmərəm qardaş sevgisin.

Yazdım sözlərimi bir neçə sətrə,

Sevgimi sığdıra bilmərəm dünya-aləmə.

Ürəyimdən keçənlər (2)

Payız

Duyğularımı dilə gətirən payız,

Ağacdan yarpağı qoparan payız.

Yağışlar yağdıran, ruzi gətirən,

Xəzanı, yağışı çox sevən payız.

 

Yarpaqlar tökülüb ağaclar çılpaq,

Yaramı yerindən qoparan payız.

Ana təbiətim gör necə həsrətdir,

Güllü, bülbüllü yazına, payız.

 

Küləklər əsdirən, yağış yağdıran,

Məni xəyallara aparan payız.

Yenə gəldin, gözəlliyin və ruzinlə,

Bol bərəkət gətir torpağa, payız.

Müəllif: Narin Yilmaz

Ürəyimdən keçənlər (2)

Gəncə gözəlim

Bəd nəzərli gözlərə soxulsun nizə,

Gəlməyin həyatda pis nəfsə, gözə.

Səadət bəxş etsin qoy Tanrım sizə,

Dosta sədaqətli Gəncə gözəlim.

 

Sevən aşiqləri bir-biriylə səslə,

Sevdiyin insana sevgini bəslə.

Qoşa qarıyasan sevdiyin kəslə,

Əhdə sədaqətli Gəncə gözəlim.

 

Leyli əfsanəsi qəlbi dağlayır,

Arzum bulaq kimi coşub çağlayır.

Çimnaz xalan eşqinə dastan bağlayır,

Ana sədaqətli Gəncə gözəlim...

5 noyabr 2013
GO BACK