Qadin.NET / Zəngilan

Zəngilan

Zəngilan
Zəngilan

Murdar erməninin, qansız tiplərin

Xəbərsiz qurbanı oldun Zəngilan.

Sinənə nə qədər dağlar çəkildi,

Xarabazara döndün, yandın, Zəngilan.

 

Sakinlərin öldü, yurdlar dağıldı,

Əzabdan, dəhşətdən belin büküldü.

Bir gecədə torpağın qan gölünə çevrildi.

Xarabazara döndün, yandın , Zəngilan.

 

Körpə naləsinə ana yetmədi,

Kimsə harayına, sənə yetmədi.

Heç kimə, heç nəyə gücün yetmədi

Xarabazara döndün, yandın, Zəngilan.

Zəngilan

Şəhidlər

Soldu həyatınız, ömür gününüz,

Ürəkdə arzunuz, dildə sözünüz

Tarixə yazıldı məğrur adınız,

Azadlıq carçısı olan Şəhidlər.

 

Bitib tükənməyən həyat eşqiniz

Bilə bilmədiniz bitəcək bu gün

Hər şeydən uca həyat eşqiniz

Bütöv bir millətə yetəcək bu gün.

 

Bir yanar ulduzdur, sönməz şəhidlər

Məqsəd məramından dönməz şəhidlər,

Əbədiyyət quşu olsa da onlar,

Daima yaşayır, ölməz Şəhidlər. 

Zəngilan

Namərd erməninin, o vicdansızın

Namərd gülləsinin qurbanı oldu,

Min bir ətir saçan tər çiçək idi,

Bir anda yox oldu, soldu Şəhidlər.

 

Yandı dağlar- daşlar ana ahından

Aman Tanrım,bu vəhşilik insanlarda de hardan

Axı onları da xəlq elədi yaradan,

Əcəlsiz filansız öldü Şəhidlər.

 

Əl-ələ, səs-səsə verdiz bir anda

Yurduma namərdlər gələn zamanda

Siz sipər oldunuz, tanqa-toplara

Azadlıq carçısı olan Şəhidlər.

 

Dönməzlik öyrətdiz dözümünüzlə

Ölməzlik öyrətdiniz ölümünüzlə

Siz şah əsərisiniz əbədiyyətin

Azadlıq carçısı olan Şəhidlər.

Dəniz84

29 oktyabr 2013
GO BACK