Ceyran...
Neçəsini yarı yolda qoymusan,
Neçəsinə ümid verib qovmusan,
Fikrin nədir, yoxsa eşqdən doymusan?
Sərv boylu, qaşı, gözü qara ceyran.
Sinə mərmər, dodaq püstə, dil şirin,
Yeriş nazlı, beli incə, afərin,
Əzab verir aşiqinə şakərin.
Gəl əzab vermə, Rövşənə, ceyran.
Qarşısına çıxanlar aşıb büdrəyir,
Risk edib danışan çaşıb titrəyir,
Röyalarda əlim əlinə dəyir,
Can uyur, salırsan min hala ceyran.
Qorxuram üz vuraram bəlası çıxar,
Geri dursa həsrətin Rövşəni yıxar.
Yaxın gəlsəm gül qoxun məni sıxar,
Qalmışam arada, yox çarə ceyran.
Rövşənəm, dilbilməzə yazıyam,
Sevən gözəlimin bahar-yazıyam,
Eşq sənindir, al ixtiyar razıyam,
Ya hə de, ya yox, çəkmə dara ceyran...
Ayrılıq...
Hər gözəl sevginin sonunda vardır
Dəvasız-dərmansız olan ayrılıq.
Hər sevən aşiqin önündə vardır,
Mənalı mənasız duran ayrılıq.
Aşiq məşuqunu ürəkdən sevər
Onu dərdlərinə tək dəva bilər.
Boş yerə bir anlıq o xəta edər
Bunun da sonunda olur ayrılıq.
Rövşən üçün röyadır yaşadıqları
Dərin bir dəryadır o andıqları,
Silinməz ünvandır tək sandıqları,
Sonunda qəlb qıran, nakam ayrılıq.
Müəllif: Rövşən Həsənli (Avara_Şair)
P.S. Müəllif hüquqları qorunur. Şeirin özünü, yaxud hər hansısa bir misrasını və bəndini icazəsiz paylaşmaq qadağandır!