Böyük Allah
Allahın yazdığı ömürdür yaşayırıq biz,
Hər zaman olur kədərli, sevincli günlərimiz.
Yaşadığımız həyatın hər anını, gününü biz,
Borcluyuq Allaha, böyük Allaha.
Allahım, Ya Rəbbim, ey Böyük Allah,
Sən özün bizləri bağışla, əfv et Ya Rəbbi.
Axirət günü, haqq-hesab vaxtı, hər bir qulunun,
Ya Rəbbim səhfini bağışla, keç günahından.
Bizlərə bəxş eylə Ya Rəbbim,
Cənnətin o gül qoxusunu.
Arzumdur insanlar kaş ki, hər zaman,
İbadət edib, Qurani-Kərim oxusun.
Dilərəm mən səndən Böyük Allahım,
O geniş cənnətdə bizlər üçün yer elə.
Ya Rəbbim, Böyük Allahım, qiyamət günü,
Sən Özün bizlərin günahını əfv eylə.
Ana
Həyatın mənası olandır ana,
Yaşamaq həvəsi verəndir ana.
Onsuz yaşamaq çətin övlada,
Ürəkdə yaşamaq eşqini yaradır ana.
Saçını ağardır övlad yolunda,
Ömrünü verir övlad yolunda.
Körpəsin qoruyur ömrü boyunca,
Yaşamaq həvəsi verəndir ana.
Həyata ana olmaq üçün qız böyüdür,
Ata yerini tutmaq üçün oğul böyüdür.
Ürəyə məlhəm olandır ana,
Yaşamaq həvəsi verəndir ana.
Müəllif: Narin Yilmaz