Qadin.NET / Qaranlığıma xoş gəldin (2)

Qaranlığıma xoş gəldin (2)

 

Qaranlığıma xoş gəldin (2)

Gözlərindən oxunur sevgin, sədaqətin də,

Baxışında cəmlənir sevinc, səadətin də,

Bircə təbəssümünlə verdin özünü ələ,

Nə yaxşı ki sən varsan, o saf məhəbbətin də.

 

Həyat keçir beləcə, sən də varsan yanımda,

Bu ülvi hisslərimdə, daha çoxsan canımda,

Nə etdin mənə bilməm, hey gəzirsən ağlımda,

İndi cəriməndi çək mənəm tüm həyatında.

 

Baş bəlan da olacam, hey yanında qalacam,

Hirsləndirəndə səni yazıq-yazıq baxacam,

Sən də yumşalacaqsan, sənə baxıb güləcəm,

Heyfini çıxacaqsan qovalayaraq sən də.

 

Qaranlıq dünyamı sənlə sevəcəm,

Hər gecə yuxumda səni görəcəm,

Sənsiz qaranlığı istəməyəcəm,

Mənsiz heç bir şeyi sevməsən sən də.

 

Qaranlıq dünyamın ilham qaynağı,

Mənasız ömrümün həmdəm ortağı,

Gələcək günlərin ən xoş carçısı,

Sən gözümün nuru, nə yaxşı etdin,

Qaranlıq dünyama sən, sən xoş gəldin!

Qaranlığıma xoş gəldin (2)

*****

İllərdən bəri sənə haqsızca zülm etmişəm

İndi sənə şans verib zülmə vida etmişəm..

 

Bilmirəm mən səninlə niyə xoşbəxtəm indi

Mən ki sevmirdim səni nurum, bu nə işdi?

 

İndi anlayıram mən, sevgi güvənsiz ölər,

Amma güvən var isə sevgi dalınca gələr.

 

Qaranlıq dünyama işıqsan mənim

Bircə gülüşünlə aydınlanıram..

Qəlbimə verdiyin güvənlə, nurla

Qaranlıq dünyamda işıq saçıram...

27 sentyabr 2013
GO BACK