Qadin.NET / Sevgi şerləri

Sevgi şerləri

Sevgi şerləri

Itirdim...

Gözəlliklə gözəllərdən seçilən,

Mən o sevgilimi vaxtsız itirdim.

Onun həsrətindən yanır ürəyim,

Günahkar deyiləm, haqsız itirdim.

****

O mənim sevgilim, başımın tacı,

Gedəndən hər zaman şirinim aci,

Sən mənə sevgili, dostumsa baci,

De niyə sevgilim, vaxtsız itirdim?

****

Göz yaşıdır səndən yadigar qalan,

Nə bir sözüm var, nə də xoş kəlam.

Yaşanır uzaqdan bir quru salam,

İçərək mən səni qəlbsiz itirdim.

****

O gözəl qisməti doyunca duymaz,

Bir ömür sürərək, yanında uymaz,

Hüsnünə vurulub şəninə yazmaz

Ümidi, şansımı, bəxtsiz itirdim.

****

Rövşən gedənin qayitmaz geri,

Səmanın hökmüdür, dağıdır yeri,

Can-ruhdan ölüyəm, el saysa diri,

Sevgi sarayımı taxtsız itirdim.

Sevgilim, mən səni vaxtsız itirdim!

Barışmaram.

Xəyanət eləsə ən yaxın dostum,

Ətrafım barışsa mən barışmaram.

Ürəyim sınarsa hər hansı kəsdən,

O, gəlib barışsa mən barışmaram

****

Zülmətlər içində sönsə çırağım,

Qoy gəlib yandırsın doğmam, qırağım,

Ulduzam söyləsə xain torpağım,

Gəlib sayrışsa da mən barışmaram.

****

Bir çoxu bilməyir mərifət nədir,

Pulu olan olur hər şeyə qadir,

Ləyaqət, vicdanı qoruyan şair,

Pul üstə dartışsa, mən barışmaram.

Müəllif: Rövşən Həsənli (Avara_Şair)

P.S. Müəllif hüquqları qorunur. Şeirin özünü, yaxud hər hansısa bir misrasını və bəndini icazəsiz paylaşmaq qadağandır!

24 sentyabr 2013
GO BACK