Qadin.NET / Dostuma

Dostuma

Dostuma

Dostuma

Xoşbəxtlər xoşbəxti olasan sən bu dünyada,

Bəxtəvər taleli günlərin olsun.

İnşAllah gələn il bu vaxta,

Sənin də qoynunda bir körpən olsun.

 

İnşAllah hər zaman sevib-seviləsən sən,

Atanın, ananın başını uca edəsən.

Hər zaman üzündən təbəssüm yağsın,

İnşAllah Allahım səni yarıtsın.

 

Allahdan dilərəm mən, gözəl bacım,

Hər zaman yoluna özü nur saçsın.

Həyat yollarını addımlayarkən,

Heç zaman qarşına pis insan çıxarmasın.

Dostuma

Dost!

Bilirsinizmi dost nədir?

Dörd hərfli bu sözdə, neçə məna gizlənir?

Dosttundur hər zaman dərdinə qalan,

Dostundur hər zaman səni anlayan.

 

Dostluqlar vardır ki bitməz, tükənməz,

Sonsuz axan bir çaya bənzər.

Dostluqlar vardır ki  sənin yoluna,

Hər zaman kölgə verən çinara bənzər.

 

Dost sözünün mənasın hər kəs anlamaz,

Həqiqi bir dost, dostunun qəlbini qırmaz.

Yaxşı dost odur ki hər səhvini üzünə deyə,

Pis dost odur ki, düzgün olan yolu səndən gizlədə.

                                  Müəllif:Narin Yilmaz

       Hər birinizə saf və əbədi dostluqlar arzu edirəm. İnşAllah Allah qarşınıza hər zaman yaxşı insanlar çıxarar.

3 oktyabr 2013
GO BACK