Qadin.NET / Sənin məndən nə fərqin?!

Sənin məndən nə fərqin?!

Sənin məndən nə fərqin?!

Əks olan tərəfdəyik, sən baxıb ordan mənə,
Səndən tərsdə olduğumu düşünürdün hər dəfə.
Fikrincə səhv olan da mən, tərs tərəfə keçən də mən,
Bir də məndən bax özünə, sənin məndən nə fərqin?

Mən günahkar biriyəm, çox şeyi gizlədirdim,
Səni məndən daha azca günahsızca, bilirdim.
Günahkar ağlımdasan, qaç. azad ol, söylədim,
Seçim etdin, orda qaldın, sənin məndən nə fərqin?

Gülüşünün bir dənəsi tanış gəldi fikrimə,
Ağlımı da alıb əlimə düşündüm öz özümə.
Kədərlərin üstünə gülmək varsa səndə də,
Saxta gülüşlərinlə sənin məndən nə fərqin?

Mən özümü axtarıram neçə ildir nigaranam,
Salamat gəlsin deyə yalvarıram, darıxıram.
Sən bütövsən zənn edirdim, sən demə aldanıram,
Məndə olan sən ilə sənin məndən nə fərqin?

Sevgimi başqa qəlbdə görmək kəsir nəfəsimi,
Öldüyümü düşündükcə bir də öldürür məni.
Dərdimi atdım kənara, düşünürəm bir də səni,
Bəs məndəki sevginlə sənin məndən nə fərqin?

Özüm yaxşı olum deyə ürəkləri qırıram,
Bəzən də qəlb qıranları görən kimi qınayıram
Qırıq olan qəlbimə baxıb xatırlayıram,
Əl izlərin var orda sənin məndən nə fərqin?

Əks olan tərəfdəyik, sən baxıb ordan mənə
Səndən tərsdə olduğumu düşünürdün hər dəfə
Fikrincə səhv olan da mən, tərs tərəfə keçən də mən
Bir də burdan bax özünə sənin məndən nə fərqin?

Sənin məndən nə fərqin?!


06.09.13 

***

Bir çox səs var havada hərəsi bir tərəfdə
Bir də səsi mən yaratdım deyən biri
Səslərsə dayanmadan sahibinə zikirdə
Biz isə yalnız fısıltıda ilişib qalan biri.

Bir boşluq var havada, qonub çiçəyə kəpənək,
Bir də onun uçmasını gözləyən bal arısı,
Sevildiyini hiss eləyən çiçək xeyli sevincək,
Baxışlarda izləyir ətirli gül həyatını.

Bir vızıltı var havada, böcək nəysə söyləyir,
Bir də onun səsindən titrəyən sulu yarpaq,
Səslərini atıb havaya bir qarşılıq gözləyir,
Qarşılığı buludlardan eşidir ondan qabaq.


Bir xorultu var havada, ana pişik yuxu görür,
Bir də onu yuxusundan ayıran üç dörd bala.
Pişiyin düz üzərindən keçmək üçün düşünür,
Yuxulu məsi sadəcə səssizcə baxır buna.

Bir fısıltı var havada, bəxtsiz ilan yol gedir,
Bir də onun zəhərindən qorxan insan ayağı.
Yazıq ilan yolunu başqa səmtə dəyişir,
Amma onu yerindəcə vurur insan günahı.

Bir çox səs var havada, hərəsi bir tərəfdə
Bir də səsi mən yaratdım deyən biri.
Səslərsə dayanmadan sahibinə zikrdə,
Biz isə yalnız fısıltıda ilişib qalan biri...

18.09.13

28 sentyabr 2013
GO BACK