Qadin.NET / Poeziya sevənlər üçün

Poeziya sevənlər üçün

   Sevgi Allaha, anaya, ailəyə, həyat yoldaşına, övladına və sair və ilaxır...

Mən sevgimi şeirlərimlə ifadə edə bilirəm... İnşAllah bəyənərsiniz . 

Poeziya sevənlər üçün

İslama dəvət 

Hər işin başında de "Bismillah!" 

Şükr et tapdığına de "Əlhəmdulillah" 

Unutma eşidir, görür tək Allah

İman et, namaz qıl! Ay bərəkallah!

Dinimiz İslamdır, kitabımız Quran

Torpaqdan yaradıb, bizi yaradan

Cismin son mənzili elə torpaqdır

Haqq dünyasına ruh gedər,insan!

Adəmin Həvvanın cənnət məkanı

Gözləyir mömini, əhli İslamı.

Cəhənnəm əzabı haqq dünyasında,

Yandırar Şeytanı, ona uyanı,

Ya lənət aparar, ya da ki rəhmət,

Unutma bir fərz var, bir də ki sünnət.

Qəlbinlə, canınla Allaha tapın

İnşallah cənnəti eləyər qismət.

Tək Allah, mələklər, İslama inan

Peyğəmbərə inan, son kitab "Quran"

Tövbə et, haramdan uzaq dur, bəndə!

Rəhimdir, Rəhmandır, keçər günahdan...

Poeziya sevənlər üçün

Unuda bilmədim

Bir zaman unutmaq istədim səni

Amma xəyalından qaça bilmədim.

Sənli xatirələr izlədi məni

Sənsiz də, qəlbimdən səni silmədim.

Birgə o çağları hey xatırladım

Düşündükcə səni gözüm yaşardı..

Mən sənsiz qalanda bunu anladım

Ən gözəl çağlarım, sənli çağlardı.

İndi rəsimləri cırıb atıram..

Fikrimdən siləcəm bəs səni necə...

Mən özüm özümü hey aldadıram

Axı fikrımdəsən hər gün, hər gecə.

Bu ayrılıq da mənə yetmədi..

Səndən uzaqdayam... sən xəyalımda

Sənə olan eşqim sönüb, getmədi

Sənlə sevişirəm röyalarımda.

30 sentyabr 2013
GO BACK