Qadin.NET / Saf sevginin dəyərini bilmədin!

Saf sevginin dəyərini bilmədin!

Saf sevginin dəyərini bilmədin!
Saf sevginin dəyərini bilmədin!
Məni atdın, yalvardım da, gəlmədin...

Səni gördüm, sandım, xoş qismətimsən
Qəlbimə sən hakim, məhəbbətimsən!
Yazdım ki,"Qovuşaq, səadətim sən!"
"Səni tanımıram!"-dedin...Dinmədin...

Özümü tanıtdım, saf ilqarımla..
Sevgi şeirlərim, mahnılarımla
Bir gün qovuşmaqçün, mən öz yarımla
Səndən elçiliyə izin istədim...

Elçilər xoş cavab gətirdi mənə
Bir dünya bəxş etdin, səni sevənə
Məndə hazırlaşdım, toya-düyünə
Dedim sonra çataın, nisgil-həsrətim!

Səninlə görüşdük, birgə, ikimiz
Sənin xislətindi, saf, incə, təmiz..
Bəzi qızlar sənə deyirdi "Fərsiz"
Mənsə avamlığını fürsət görmədim...

Açdım gözlərini, zövqün dəyişdi
Ayıltdım yuxudan... İndi nə işdi?!
Əvvəlki geyimin-geçimin heçdir...
Yeni imicində "Yaraşır dedim.

Həyata baxışın dəyişib demə.
Sən əvəz aradın təmiz eşqimə.
Var dövlət, şöhrət-şan? Məndən istəmə
Sən bu sözlərimdən, küsdün, incidin.

Bir varlı  sevgili tapdın özünə,
Mənim də yazığım gəlir bil sənə,
Aldadana uydun, ay avam yenə,
"Var-dövlət səadət gətirər" dedin.

Ay qız, bu nə kirdi, sən bulanmısan?!
Pərvanətək alovçün fırlanmısan.
İndi aldanmısan, elə yanmısan.
Bu taleyi seçdin?! Bunu istədin?!

İndi dost məsləhəti istəyirsən.
Qəlbimi qırmısan..."Əfv et!" - deyirsən.
Sənə məsləhətim:"Ölmüşəm, unut!"
Ya da ürəyində sən mənə yas tut.
Qalan həyatını yaşa ağılla,
Tövbə et, pis yola düşmə... İnşAllah!
Saf sevginin dəyərini bilmədin!
Yar-yarından, çəksin cəfasın istər,
Sevdiyinin əhdə vəfasın istər.

Qızlar istər ağ atlı oğlan olsun,
Boy-buxunlu, gözəl pəhləvan olsun,
Onu işarədən anlayan olsun.
Oğlanlar da yanında canan istər.

Qız arzular: saf eşq, duz-çörək olsun,
Qızlar da var deyir: "Pul gərək olsun!"
Qız var deyir: "Məni alan təki olsun"
Kişi də öznün halına yanan istər.

Nazın çəkər nişanlısın hər oğlan,
Eşq-məhəbbət yuxudu, tez ayılırsan.
Evləndin, ailə, problem... İnsan
Çətin gündə, yanında olan istər!

Qadın var ki geyim-gecim dəlisidir,
Qadın var ki, varlıqların alisidir!
Qadın var cəhhənəmin iblisidir
Belə qadın ancaq ev yıxmaq istər.
 
Müəllif : Elnur Məmmədov
19 sentyabr 2013
GO BACK