Qadin.NET / Böyük Allah

Böyük Allah

 

Böyük Allah

 

Hər dərdin dərmanı, əlacı səndə,

 Hər bəndənin yazısı qisməti səndə.

 Hər kəsin qıldığı Namazda,

 Etdiyi duadasan sən, böyük Allah.

 

Dilərəm səndən, böyük Allahım,

 Hər kəsin şəfasın özün verəsən.

 Sənə dua edib ibadət edən,

 Hər kəsin Namazın qəbul edəsən.

 

Dilərəm mən səndən böyük Allahım,

 Hər kəsin yolunu açıq edəsən.

 Atası evindən gəlin köcəcək,

 Bütün qızları sən xoşbəxt edəsən.

 

Dilərəm mən səndən boyük Allahım,

Övlad həsrətiylə alışan yanan,

Bütün xanımlara Ya Rəbbim sən özün,

Xeyirli övlad nəsib edəsən.

 

Ya Rəbbim dualar bitməz,

Sənin üçün edilən hər bir xoş əməl.

Dilərəm  heç vaxt tükənməz.

Allahım böyüksən, heç bir müsəlman,

Sənin varlığına heç vaxt şəkk etməz!

 

Böyük Allah

 

 

Ana

Bizləri həyata gətirən anadır, ana!

Bizlərə dünyanı bəxş edən anadır, ana! 

Qocalan əllərinə, ağaran saçına,

Canım qurban olsun, mehriban ana!

 

Ana övladı üçün pis gün diləməz,

Ana övladının qəmin istəməz.

Anasız bir uşaq yarımdır məncə,

Bəxtəvər olsada bəxtsizdir məncə.

Böyük Allah

Ata

Ərköyün böyütdün kiçik qızını,

Nazıyla oynadın hər zaman, ata.

Doymamış kiçik qızın sənin qoxuna,

Niyə belə tez həyatı tərk etdin, ata.

 

Təqdiri İlahi deyə bilmirəm,

Gecələr fikirdən yata bilmirəm.

Hər zaman deyərdin: "Toyun edəcəm,

Balaca balasının boyun sevəcəm".

 

İndi kiçik qızın gəlin köçəcək,

Hardasan, görəsən məni görürsən?

Kiçik, körpə qızın sənə həsrətdir,

Görəsən bunları duyub, bilirsən?

 

Dediyin sözlərin yalnız xəyalmış,

Talenin verdiyi şirin röyaymış.

Qəbrinin üstündə ağlamaq istəmirəm mən,

Səni qucaqlayıb qoynunda ağlamaq istəyirəm mən.

 

Müəllif: Narin Yilmaz

20 sentyabr 2013
GO BACK