Qadin.NET / Yalandır

Yalandır

 

Yalandır

 

Yalandır 

Qəm-qüssə çəkirəm neçə zamandır,

Sevgimi rədd etmə, nolar amandır,

Vurulmuşam qamətinə-qəddinə.

Mənim bu qəlbim,sənsiz yalandır.

 

Bu dərdlər içində batıb gedirəm,

Allaha hər gecə dua edirəm,

Mənim olmançün hər şey edərəm.

Sənnən başqaları mənə yalandır.

 

Gəl inad edib qəlbini yorma,

Daha sevənin könlünü qırma,

Uzad əllərini uzaqda durma.

Rövşəndən başqası, inan yalandır.

 

Yalandır

 

Sevgilim

Verilən zamanlar ötüb keçibdir,

Ürəyim yenə də səni seçibdir,

Sənin o saf sevgin məne keçibdir,

Ala gözlərini sevdiyim dilbər.

 

Laləsən, nərgizsən təzə qönçəsən,
Ətrinə uyduyum tər bənövşəsən,
Varlığınla məni yaşadırsan sən,
Ürəyim, həyatım təkcə sənsən, sən.

Səndən başqa bir kimsədə gözüm yox,
Ay sevgilim hicranina dözüm yox,
Rövşənəm, vuruldum şux camalına,
Əlimdə qələmim, sənə sevgim çox.

 

Müəllif: Rövşən Həsənli (Avara_Sair)


P.S. Müəllif hüquqları qorunur. Şeirin özünü, yaxud hər hansısa bi misrasını və bəndini icazəsiz paylaşmaq qadağandır!

16 sentyabr 2013
GO BACK