Ayrılıb gedirəm əbədi eldən,
Hicran ürəyini sıxanda ağla.
Nakam məhəbbətim bir atəş olub,
Qəlbini yandırıb yaxanda ağla.
Heç kimə söyləmə mənim yerimi,
Qoy dostlar bilməsin dərdi, sərimi.
Hərdən xatırlayıb şeirlərimi,
Sətirlər yadından çıxanda ağla.
Atəşəm baxıram mən buludlara,
Göylər geyinibdir nə yaman qara.
Hər yetən adama dil vursa yara,
Dünyadan öz izin itəndə ağla.
Bilmirəm
Dəftərim, qələmim yenə əlimdə,
Ürəyimdəkiləri yazıram yenə dəftərə.
Sevgilim sevirəm, deyə bilmirəm,
Uzadıb əlimi, əlini tuta bilmirəm.
Buz kəsib yatağım yata bilmirəm,
Mən səni fikrimdən ata bilmirəm.
Əllərim boş qalıb əlini tuta bilmirəm,
Gözlərim həsrətdir, gözünə baxa bilmirəm.
Nə zaman bitəcək görən bu həsrət?
Əlimi uzadıb əlini tuta biləcəm.
Nə zaman bitəcək görən bu həsrət?
Mən dönüb üzünə doyunca baxa biləcəm.