Qadin.NET / Yalan danışma

Yalan danışma

Yalan danışma
Yalan danışma

 Mən səni sevmirəm,unut deyirsən

 Bəs niyə danışan dilin titrəyir?

 Özünü beləcə xəşbəxt bilirsən

 Axı gözlərində yaş gilələnir.

 

Gizlənib qəlbində kədərin,qəmin

 Üzündə həsrətin yağışı yağır.

 Özünün dediyin yalan sözlərin

 Mənim eşitdiyim yandırır yaxır.

 

Məni aldatmağa çalışma daha

 Özündən xəbərsiz uzanır əlin.

Düşübdür həsrətdən borana, qara

Sığala möhtacdır siyah tellərin.

 

Sən dinmə bilirəm axı ayrılıq

Nə sənin, nə mənim ürəyimcədir.

Düşünək həyatı gəl birgə anlıq,

Yaşamaq şansımız bircə dəfədir. 

Yalan danışma 
Ayrılıq
 Bir vaxt danışardıq ulduzla,ayla
İndi dayanmışıq səsiz-səmirsiz
Bir vaxt görüşərdik hayla-harayla
İndi ayrılırıq lal sükutla biz.

Gizlədib eşqimi, məhəbbətimi
Dözdüm sənsizliyə gör necə də mən.
Özgəyə bəxş edib səadətimi
Bir ömür yaşadım o şəxslə mən.

Eh sənə nə var ki, söz diyarında
Özümü çöllərə salan mən oldum.
Qırıldı qəlbim tək misralarımda
Nəğməsi yarımçıq qalan mən oldum.

Sənə unut dedim ancaq bilirəm 
Unuda bilməzsən heç zaman məni.
Sənə unut dedim gözlərimdə qəm
Özüm də unuda bilmədim səni.

 

 
5 sentyabr 2013
GO BACK