[hide]
Ata
Qəlbimin sizlayan yerisən ata,
Hər kəsdən çox sevdiyim insansan ata.
Qəbrin yaxındadır,çatmayır əlim,
Ruhun yaxındadır çatmayır səsim.
Sənsizlik həyatda zülümdür, ata,
Hər zaman boynumuz bükükdür, ata.
Kim ata kəlməsin desə yanımda,
Sızlayar qəlbim, qan ağlayar o anda.
Atası olanlar dərk etməz bunu,
Atasız olanlar anlayar məni.
Gözlərim axtarır hər zaman səni,
Qoxuna həsrətəm hardasan, ata.
Gizli sevgi
Səni gördüyüm ilk gündən bəri,
Olmusan qəlbimin gizli sakini.
Gizli məhəbbətlə sevirəm səni,
Heç kimə aça bilmirəm mən öz sirrimi.
Sən belə bilmirsən səni sevirəm,
Mənim üçün böyük bir sirrsən aça bilmirəm.
Bəlkə də sən indi başqa xəyalda,
Başqa biri ilə başqa yataqda...
Unutma qəlbimdə yalnız sən varsan,
Hər zaman da sən qalacaqsan.
Sənə söz verirəm mən,
Yalnız səni sevəcəm.