Dünya ona gəlir dar,
Nə oğul nə də qız var,
Onun çörəyidi "şar",
Həyat, belə şirinsən?!
Tale yazılıb qara,
Ağ bənizdə qapqara,
Qəlb bağlıyıbdı yara,
Həyat, belə şirinsən?!
Acımasızdı Fələk,
"Kimsəsiz" kimə gərək?
Görmüyür isti xörək,
Həyat, belə şirinsən?!
Ağlıyırsan gecə sən,
Var həyatda neçə “Sən”
Tox nə bilər necəsən?
Həyat, belə şirinsən?!
Həyatın çox üzü var,
O şarların rəngi tək,
Görən deyir: "Ağsaqqal,
Utan,bu işdən əl çək",
Həyat, belə şirinsən?!
30.07.2013
Sənsiz həyat mənə cəhənnəmdi, gəl!
Dostlarım şənlənir, gülür, danışır.
Mənəsə hər bir şey, qüssə-qəmdi, gəl!
Hardan biləsən ki, məndəki halı?
Başlayır bir gəncin həyat işğalı,
Yanımda sən yoxsan, çalır "Vağzalı"
"Vağzalı" deyil bu, bir matəmdi, gəl!
Yenə şirin dilin bir az danışa,
Yenə də tumarla,yenə də oxşa,
Qoyma ki, Eltunun yana,alışa.
O titrək öpüşün, yar, məlhəmdi, gəl!
07.08.2013