Qadin.NET / Aldat məni

Aldat məni

 

Aldat məni

 

Aldat məni

Mənə yalan de, aldat məni,
De sevirsən, darıxırsan,
Düşünürsən, hiss edirsən,
Mənsizlikdən çox bezirsən.

 

Yum gözünü, bir yalan de,
Vicdanını dinləmədən,
Aldat məni, qandır məni,
Sevmişəm de, sevirəm de.

 

O yalana möhtacam mən,
O zamankı baxışına,
Gülüşünə, görüşlərə gəlişinə,
Gedişinə möhtacam mən.

 

Baxaraq düz gözlərimə,
Qulaq as bu sözlərimə,
Bir yalan de, aldat məni,
Qaytar məni keçmişimə.

 

O keçmiş ki, sən var idin,
Mən də sənə əğyar idim.
Ey rəhimsiz, aldat məni,
Qaytar məni o günlərə.

 

Həsrət qaldım ötənlərə,
Həm özünə, həm sözünə,
Yalan doğru o sevginə,
Həsrət qaldım görüşünə.

 

Yadındamı Vahid bağı!?
Ömrümüzün xoşbəxt çağı.
And verirəm o günlərə,
Bir yalan de, aldat məni…

 

Aldat məni

 

ANA

Adınla başladım hər bir səhəri,

Səninlə qazandım mən hər zəfəri.

Xeyrinə, duana möhtacam ana,

Körpə tək ehtiyac duyuram sana.

***

Sübhədək yatmayıb böyütdün məni,

Ruhunla, canınla isitdin məni.

Mümkünmü bunları danam ay ana?!

Sonadək ömrümü borcluyam sana.

***

İllərin, ayların sayı ötüşür,

Dağların başında qarlar görünür.

Saçında ağ dənlər görürəm ana,

Yaşını çoxaldan bu zaman yana.

***

Övladlar gərəkdir gələcək üçün,

Ataya, anaya hay vermək üçün.

Sözümdür, vədimdir sənə ay ana,

Hər zaman müsəlləh övladam sana.

 

 

 

 

Bakı, 2012

Mahmudov Faiq

8 avqust 2013
GO BACK