Qadin.NET / Ulu Tanrım, özün qoru!

Ulu Tanrım, özün qoru!

 

 

Ulu Tanrım, özün qoru!

 

Ulu Tanrım özün qoru
Pislərdən-pisliklərdən.
Namərddən, nakəslərdən
Bir susuza əl tutmayıb
Piyalədən zəhər verənlərdən.
Ulu Tanrım özün qoru
Yalanlardan, yamanlardan.
Qorxum yoxdur nə iblidən ,nə ilandan.
Çox qorxuram bu timsallı insanlardan!
Ulu Tanrım özün qoru
Bu ömrümü hədər yerə verməyim mən.
Hər bir qəlbdə bir şam yanır,
O şamları nə sönən, nə də söndürəni görməyim mən.
Ulu Tanrım özün qoru!
Bir körpəni ayrı salma anasından,
Qönçə çiçəkləri qoyma yansın susuzluqdan.
Nə qədər ki, bu dünyada iki qəlbə çırpıntı var
Bu qəlbləri qoru Tanrım.
Dərddən sərdən iti gözdən
Balta kəsər şər sözlərdən
Ulu Tanrım özün qoru!
Ulu Tanrım, özün qoru!
Tale yazıb, bəxt vermisən.
Xoş əməli, pis niyyəti mələklərə yaz demisən.
Bu bəxtimi qoru Tanrım.
Taleyimə sevgi verdin
Əvvəl anam, sonra yarım
Mənə "mənim"dedi
Hər birisi məhəbbətlə pay yetirdi.
Bu sevgini qoru Tanrım!
İstəmirəm mənim olsun dünya, cahan
Təkcə, bircə mənlə olsun məni anan, məni duyan.
Bu bəs edər ulu Tanrım!
Hər bir kəsin qəlbinə bax, ruzisin ver,
Gözüm toxdur, özgə çörək istəmirəm.
Öz ruzimi mənə yetir!
Bu nəfsimi qoru Tanrım.
Mən sabahı ümidlərlə yaşayıram.
Hər açılan sabahımı qoru Tanrım!
Bu ömrümü qoru Tanrım!
Ulu Tanrım, özün qoru!

Dünyada nə qədər yaxşı adam var,
Yaxşılıq insanla əkiz doğulur.
Ən yaxşı adamlar, yaxşı adamlar.
Nədənsə dünyada oxşarsız olur.

Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər əsr yaxşını yetirə bilmir.
Naqislər külüngü ,pislər yağışı
Yaxşılar yerini itirə bilmir.

Gələnlər-gedənlər sığmayır saya
Dünya bu minvalla dolur, boşalır.
Nə qədər yaxşılar gəlir dünyaya
Yenə yaxşıların yeri boş qalır.
                                                 

 

26 iyul 2013
GO BACK