Qadin.NET / On dörd əsrlik şeir

On dörd əsrlik şeir

On dörd əsrlik şeir

Bu şeir indi başlayır.

Amma bu, əsrlik bir şeirdir.

On dörd əsrlik bir şeir.

Peyğəmbər söhbətinin

Şeirləşmiş ifadəsidir.

İndi o günə gedirik.

Yenə bir səfərə çıxırıq.

Yeni bir səfərə…

Zaman sonrası zamanda

Ülvi bir vaxtdayıq

Və sanki biz, indi Əsri Səadətdəyik.

İzhir və cəlil otlarının o xoş qoxusu yayılır.

Məcənnə sularının səsi gəlir uzaqdan

Şam və tufeyl dağları laylay söyləyər səhraya.

Hər şey itaətlidir.

Hər şeydə nazlı bir gül ədası.

Onun ədası…

Və Onun söhbəti.

Dinləyənlər səhabə topluluğu.

Sanki başlarında bir quş var,

Və sanki o uçmasın deyə diqqətlə

Onu dinləyirlər.

Ailədən, maldan və əməldən bəhs edir.

Söhbət bitincə Abdullah bin. Kürz icazə istəyir:

"Ya Rəsulullah!

İzah etdiklərinizi şeir halında söyləyimmi?

İcazə verərsinizmi?"

Hz. Peyğəmbər:

"Olar" buyurur.

Və Abdullah bin. Kürz şeirinə başlayır.

On dörd əsrlik şeir
 

Ailəm, etdiklərim və mən sanki üç qardaşıq.

Ölüm yaxınlaşdığında onları çağırıb danışan biri kimiyik.

Adam qardaşlarına deyər ki:

"Ölüm qapımı döydü! Mənə kömək edin.

Geri dönülməz bir səfər başlayır.

Uzun və etibarsız.

Bu hal qarşısında mənə necə kömək edə bilərsiniz?"

Malı deyər ki:

"Məndən ayrılmadığın müddətcə

Hər istəyini yerinə yetirərəm

Amma ayrılıq olsa aramızdakı dostluq bitər.

İstədiyini məndən indi al.

Çünki yaxında mən sovrulan qumlar arasına qatılacağam.

Başqa insanların olacağam.

Məni sonraya buraxma, xərclə.

Sürətlə yaxınlaşan ölüm gəlmədən,

Əlini tez tut, xeyir et".

Ailəsi də belə deyər:

"Mən səni ciddi olaraq sevər,

Səni hər kəsdən üstün tutaram.

Gücümü, qüvvətimi sənin üçün xərcləyər, yaxşılığını istəyərəm.

Amma iş ciddiləşdiyində sənin üçün ölə bilmərəm!

Arxandan göz yaşı tökərəm,

Yüksək səslə ağlayaram,

Səni xeyirlə yad edərəm.

Cənazəndə olaram,

Girəcəyin qəbrə qədər,

O son dayanacağına qədər,

Həsrətlə tabutunu daşıyar,

Sonra geri dönərəm.

Sanki aramızda heç bir şey yoxmuş kimi,

Heç bir-birimizi sevməmiş kimi,

Heç bir-birimizdən sevgi görməmiş kimi…"

Bu da insanın ailəsi!

Bu da dəstəyi.

Və bu da gerçək üzü.

Sonra əməli danışar insana:

"Mən sənin qardaşınam" deyər,

"Sarsıntıların dəhşətli anında

mənim kimi bir qardaş tapa bilməzsən.

Mənimlə məzarda qarşılaşacaqsan.

Orada səni müdafiə edəcəyəm.

Məni unutma, dəyərimi bil!

Mən üzərinə titrəyən mərhəmətli bir öyüdçüyəm.

Səni heç bir zaman tək buraxmaram.

Bu da sənin əməlin!

Vüslat günü qovuşacağın gözəl əməllərin!"

Abdullah bu şeiri oxuyunca,

Rəsulullah və yoldaşları ağladılar.

Elə o gündən sonra Hz. Abdullah

Nə vaxt ki, bir topluluğun yanından keçsə

Onu çağırar, şeirini oxumasını xahiş edərdilər.

O da oxuyardı.

Və yenə göz yaşı.

Yenə çağlayan səhabə ürəkləri!

Bu şeir əsrlik bir şeir idi.

On dörd əsrdir oxunan bir şeir idi.

Peyğəmbər söhbətinin,

Şeirləşmiş ifadəsi idi

Dursın Əli Ərzincanlı

1 sentyabr 2013
GO BACK