Qürurlanma insan oğlu
Qürurlanma insan oğlu
Ölməməyə çarəmi var.
Xəzan görmüş bir gül kimi
Solmamağa çarənmi var.
Həyat deyilən dolab dönər
Bütün məxluq olan minər.
Yağı bitən qəndil sönər
Sönməməyə çarəmi var.
Heç aldanma mülkə, mala
Getməzisən doğru yola.
Şirin canın Əzrailə
Verməməyə çarəmi var.
Heç güvənmə can dostuna
Uçuşarlar mal qəsdinə.
Çıxıb tənəşür üstünə
Yatmamağa çarəmi var.
Düşünməzsən heç ölməyi
Tərk etməzsən heç gülməyi.
Yaxası yox ağ köynəyi
Geyməməyə çarəmi var.
Harda əcdad, harda ata
Haqqa qarşı etmə xəta.
Tabut deyilən ağac ata
Minməməyə çarəmi var.
Daim gedər Haqq izində
Haqqı söyləyər hər sözündə.
Dörd adamın çiyinində
Getməməyə çarəmi var.
Qalxacaq gözdən pərdə
Görəcəksən sabah, harada.
Ev qazılmış quru yerdə
Yatmamağa çarəmi var.
Münkər Nəkir gələcəkdir
Rəbbin kimdir deyəcəkdir.
Mömin cavab verəcəkdir,
Verməməyə çarəmi var.
Gəldi, keçdi ömrüm mənim
Gəldi keçdi ömrüm boşa,
Mevlaya qul ola bilmədim,
Uydum nəfsə, o şeytana,
Allaha qul ola bilmədim.
Axıtmadım gözdən yaşı,
Qoymadım səcdəyə başı,
Aldatdı dünya təlaşı,
Allaha qul ola bilmədim.
Anladım ki, dünya yalan,
Yoxdur burda Baki qalan.
Bir metrə bezmiş lazım olan,
Allaha qul ola bilmədim.
Mənə Allahım gərək
Neyləyim dünyanı
Mənə Allahım gərək.
Lazım deyil masivayı
Mənə Allahım gərək.
Əhli dünya, dünyada
Əhli ukba, ukbada
Hər biri bir sevdada
Mənə Allahım gərək.
Dərdli dərmanın istər,
Qullar sultanın istər,
Aşiq cananın istər,
Mənə Allahım gərək.
Fani dövlət gərəkməz,
Dürrü zinət gərəkməz,
Haqsız cənnət gərəkməz,
Mənə Allahım gərək.
Bülbül gülə qarşı zar,
Pərvanəni yandırmış nar,
Hər qulun bir dərdi var,
Mənə Allahım gərək.
Bihudə havayı qoy,
Haqqı tap, gör yahu,
Xudanının sözü bu,
Mənə Allahım gərək.
Mustafa Demirci - "Vakti seher".
Möhtəşəm sözləri var... Aləm "Allah!" deyir...
Abdurrahman Önül - "Zikrindən ayırma aciz qulunu"
Hasan Dursun - "Vur qəlbə Allah desin, ilim-ilim inləsin"