Qadin.NET / Ürəyimdən keçənlər

Ürəyimdən keçənlər

                                               Ürəyimdən keçənlər

Ana 

  Yuxusuz qaldığın o gecələrdə

 Çəkdiyin əziyyət ödənməz ana.

 Doğrunu yalnışdan seçənsən ana

 Hər dərdimə yanansan ana.

 

Övlad anasının qəlbini qırsa da,

 Ana övladının qəlbini qırmaz.

 Övlad anasının yox saysa da,

 Ana övladını heç vaxt yox saymaz.

 

Gözlərin nə yaman qəmlidir ana,

 Zəhmətkeş, zülümkeş, mehriban ana.

 Ağarıb saçların qırışıb üzün,

 Niyə belə tez qocalırsan, ey ana.

 

Dost

 Dostum yox yanımda dərdimi böləm,

Sevgilim yox ki, sarılıb öpəm.

Unudam dünyanın dərdi qəmini,

Sarılıb boynuna bir daha öpəm.

 

Dostumdur hər an yanımda olan,

 Hər dərdimi səbirlə dinləyib duyan.

 Yeri gələn zaman məsləhət verən

 Yalnız dostdur məni anlayan.

 

Ürəyimdən keçənlər
Həyat
 Nə üçün bizlərə zülm edir həyat?
 Hər an, hər dəqiqə verərək əzab.
 Sanki dayanır ürəyim qurtarır sözüm,
 Artıq yavaş-yavaş itir dünyadan izim.
Bilmirəm neynəyim mən necə edim,
 Düzgün olan yolu mən necə seçim?
 Həyat fanidir onunla bacarmaq olmur
Hər yazılan qismətlə barışmaq olmur.
Həsrətəm sənə
Darıxdım bu gecə mən sənsiz yenə,
Həsrətin qəlbimi yandırıb yaxır.
Qəfəsə bağlı bir quş kimi
Çırpınır ürəyim sənin üçün yenə.
Hər kəsin içində tənhayam yenə
Sənsizəm, sənsizəm, sənsizəm yenə.
Şirin gözlərinə, gülər üzünə,
Həsrətəm sevgilim, həsrətəm yenə.
Həsrətli qəlbimin açarı səndə,
Dərdimin dərmanı, əlacı səndə.
Saralıb soluram tər bir gül kimi
Gülə həsrət qalan  bir bülbül kimi.

 

Ürəyimdən keçənlər
Sevirəm
Bir bilsən sevirəm mən səni necə,
Hər axşam,hər səhər, hər gün, hər gecə.
Fikrimdən çıxmırsan  bir an, bir dəqiqə
Sevirəm, sevirəm  bir bilsən necə.
Sənsiz yazmaq əzabdır, zülümdür mənə,
Yoxluğun zindandır, həbsdir mənə.
Sevgilim sevirəm bir bilsən necə,
Sən isə heç dəyər vermirsən mənə.
Bilmirəm nə üçün belə edirsən
Sevirəm deyirsən amma sevmirsən.
Sevən sevdiyinin qədrini bilər
 Hər zaman qiymətli, dəyərli edər.
Qismət
Kimsəni sevmədim mən sənin qədər
Kimsəyə vermədim qəlbimi sənə verdiyim qədər.
Vaxt oldu incitdin ağlatdın məni,
Küsdürüb qırdın qəlbimi.
Qismətin olmasam nə edərəm mən,
Yəqin ki, canıma qəsd edərəm mən.
Yaşaya bilmərəm sənsiz bu ömrü
Bir gün bu həyatı tərk edərəm mən.
Yaşamaq mənalı sevənlər üçün
Sevib qismətilə qovuşan üçün.
Yaşamaq mənasız, həyat mənasız
Qismətin tapıb da qovuşa bilməyən üçün.
Atıb getmə məni
Atıb gedəcəkdinsə məni,
Sındırmayaydın kövrək qəlbimi.
Nə üçün ovsunladın məni,
Açdın ürəyimin sirrini.
Sevgilim atıb getmə məni
İncitmə bu kövrək qəlbimi.
Qoy səni xatırlayım xatirələrdə
Ol həmişə yanımda və ürəyimdə.
19 iyul 2013
GO BACK