Qadin.NET / Mən deyilmiydim?

Mən deyilmiydim?

Mən deyilmiydim?

 

İlk dəfə sənə "sevirəm" deyən

Hər dərsdən sonra arxanca gələn

Sənə baxmaqçun dörd göz istəyən

O dəli aşiqin mən deyilmiydim?

 

Pərvanə yanmaqçun oda vuruldu

Bülbül gülü sevdi o da vuruldu

Qəlbim səni sevdi o da qırıldı

Qırıq qəlbin sahibi mən deyilmiydim?

 

Yox dedin puç oldu arzum, gümanım

Kiçik bir damlaya dönməz ümmanım

Sənin qəlbindədir sevgi ünvanım

O ünvanda qalan mən deyilmiydim?

 

Yox desən də mən keçmərəm səndən

Bir bulaq olsan içərəm səndən

Sən bezsən də mən bezmərəm səndən

Səni sonsuz sevən mən deyilmiydim?

 

Səni görməkçün günləri sayan

Nə vaxt görürəm səni deyirlər oyan

Sənsiz ömrünə bıçaq dayayan

Sənsizlikdən ölən mən deyilmiydim?

11 dekabr 2010
GO BACK