Qadin.NET / Ağla intizarda qalan gözlərim

Ağla intizarda qalan gözlərim

Ağla intizarda qalan gözlərim
Ağla intizarda qalan gözlərim...
Qəlbimi dağladım
gözüm kor oldu.
Coşaraq çağladım
gözüm kor oldu.
Mən yarə ağladım
gözüm kor oldu.
Bəsdi ahu-zarda qalan gözlərim.
Ağla intizarda qalan gözlərim
Necə olsun qarə həyat mənə acı ,
Çox gözəldi yarə həyat mənə acı.
Şirindi əğyarə həyat mənə acı ,
Kordu ruzigarda qalan gözlərim.
İnanmıram sənin qismətindəyəm ,
İndi solmuş eşqin əziyyətindəyəm,
İndiyəcən sənin həsrətindəyəm,
Necə dönsün yarda qalan gözlərim?!
Ağla intizarda qalan gözlərim
Eşq
Eşqdir yaşadan məni, eşq ilə bahəm ,
Eşqsiz yaşasam dar  gələr bütün aləm.
O gündən ki, mən səni gördüm ,səni sevdim
Bülbül gülə həmdəm təki oldum sənə həmdəm.
Sənsizliyə alışmayıram ,dözməyirəm mən.
Ancaq fikirləşir bu xəyalım səni hər dəm.
Eşq atəşində yananda pərvanə olarsan ,
Onun üçün oluram mən hər gecələr  şəm.
10 avqust 2013
GO BACK