Niyə aramızda uçurumlar var?
Düşündüm, bir cavab ala bilmirəm.
Neynəsək alınmır, birləşmir yollar,
İnan bu fikirlə qala bilmirəm.
Biz ki, elə sevirdik dəlilər kimi,
Hanı isti toxunuş, şirin baxışlar?
İndi danışırıq uzaq, yad kimi ,
Axı bu ürəklər nədən qorxurlar?
Sənsiz bir gün belə qala bilmirdim,
Duyğularım niyə belə qarışıb?
Bir vaxt göz yaşımı özün silirdin,
İndi qəlbim hər acıya alışıb.
Qərarsızam fikrim qarma-qarışıq,
Bu ürəyim sənsizliklə barışıb.
Düşünürdüm davam olsun, ya əbədi unudum?
Bu son qərar, daha yoxdur umudum.
Qəmli eşqim
Ayrılıq yenə də gəldi qapıma,
Nə qədər çalışdım qova bilmədim.
Bu sevgi yayılıb bütün canıma,
Onu ürəyimdən ata bilmədim.
Gözlədim bu qəmim zamanla keçər,
Ancaq kədər məndən heç əl çəkmədi.
Bəlkə məhəbbətim yenidən gələr,
Heyf bədbəxt sevgim geri gəlmədi.
Xoşbəxtlik həmişə bizim qapımızı döyür, amma çox zaman biz evdə olmuruq!